Lankasterli Elizabet

Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (təq. 21 fevral 136324 noyabr 1425[1]) — İngiltərə kralı III Eduardın oğlu Gentli ConLankasterli Blanşın qızı. O, 1378-ci ildə Bant ordeni ilə mükafatlandırıldı.

Lankasterli Yelizaveta
Şəxsi məlumatlar
Doğum tarixi təq. 21 fevral 1363
Vəfat tarixi 24 noyabr 1425[1] (62 yaşında)
Atası Gentli Con[1][2]
Anası Lankasterli Blanş[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Elizabet 21 fevral 1363-cü ildə Lankaster hersoqu Gentli ConLankasterli Blanşın ikinci qızı olaraq Burford qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Filipa və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Elizabetin anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və qızlarının dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Elizabet, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı.

Elizabet 24 iyun 1380-ci ildə Kenilvort qalasında Pembrok qrafı Con Hastinqlə evləndi. Nikah əsnasında gəlinin 17 yaşı, bəyin isə hələ 8 yaşı vardı. Ancaq siyasi məqsədlərlə baş tutan bu nikah 6 il sonra sona çatdı və cütlük bəy yetkinlik yaşına çatmadan öncə boşandı. Belə ki, təxminən 20 yaşlarında Elizabet hələ yetkinlik yaşına çatmamış ərindən bezməyə başlamışdı. Gəzən şayələrə görə, Elizabetin İngiltərə kralı II Riçardın ögey qardaşı Con Hollandla gizli münasibəti vardı və hətta ondan hamilə qalmışdı.

Bu səbəblə atası Gentli Con dərhal onun bu evliliyini sonlandırdı və Elizabetlə Con Holland 24 iyun 1386-cı ildə tələsik şəkildə evləndirildi. Cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi.

Ancaq Con Holland Elizabetin qardaşı IV Henriyə qarşı tərtib olunan saray çevrilişinə qatılmışdı və bu səbəblə həbs edilərək 1400-cü ildə edam edildi. Həmin il Elizabet Ser Con Kornvolla evləndi. Ancaq onun bu evliliyi də skandala səbəb oldu. Çünki bu evlilik üçün kralın razılığı alınmamışdı. Bu səbəblə Con Kornvol bir müddət həbs edildi. Ancaq daha sonra bağışlandı və cütlük xoşbəxt ailə həyatı yaşadılar. Lankasterli Elizabetin bu evlilikdən 2 övladı daha dünyaya gəldi. 1426-cı ildə vəfat etdi.

Con Hollandla olan nikahından 6 övladı dünyaya gəldi:

  • Riçard Holland (d. 1386 — ö. 3 sentyabr 1400)
  • Konstansa Holland (d. 1387 — ö. 1437)
  • Elizabet Holland (d. 1389 — ö. 18 noyabr 1449)
  • Alis Holland (d. 1392 — ö. 1406)
  • Con Holland (d. 1395 — ö. 1447)
  • Eduard Holland (d. 1399 — ö. 1413)

Con Kornvolla olan nikahından 2 övladı dünyaya gəldi:

  • Konstansa Kornvol (d. 1401 — ö. 1427)
  • Con Kornvol (d. 1404 — ö. 2 may 1422)
  • Oxford Dictionary of National Biography (online resource) 2004–2007. (Print version: Oxford dictionary of national biography : in association with the British Academy : from the earliest times to the year 2000 / edited by H. C. G. Matthew and Brian Harrison.) Article on "Elizabeth of Lancaster" by Anthony Goodman.
  • Weir, Alison. Katherine Swynford. London, 2008. pg.163
  • Barker, Juliet. Agincourt. London, 2005. pg. 152