Con Qont

Gentli Con (ing. John of Gaunt; 24 iyun 1340, Gent3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir.

Con Qont
ing. John of Gaunt
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1340
Doğum yeri
Vəfat tarixi 3 fevral 1399 (59 yaşında)
Dəfn yeri
Atası III Eduard[1]
Həyat yoldaşları
Uşaqları
Hərbi xidmət
Döyüşlər

Təltifləri Bant ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransaİspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu.

Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu. Qardaşı oğlu olan kralla, içərisində öz oğlu Henrinin də olduğu üsyançı əsilzadələr arasında vasitəçi kimi xidmət etdi. Gentli Conun 1399-cu ildə ölümündən sonra bütün mülkləri geri alındı və atasının mirasından məhrum edilən oğlu vətən xaini elan edilərək sürgünə göndərildi. Oğlu Henri Bolinbruk mirasını geri almaq üçün çox keçmədən geri döndü və II Riçardı taxtdan endirərək İngiltərə kralı oldu.

  • Walker, Simon (1990). The Lancastrian Affinity, 1361–1399. Oxford: Clarendon Press. ISBN 0198201745
  • Nicolle, D. (20 may 2011). The Great Chevauchée: John of Gaunt's Raid on France 1373. Raid. 20. Oxford: Osprey. ISBN 978-1-84908-247-1
  • Goodman, Anthony (1992). John of Gaunt: the Exercise of Princely Power in Fourteenth-Century Europe. Harlow: Longman. ISBN 0582098130
  • Cantor, Norman F. (2004). The Last Knight: the Twilight of the Middle Ages and the Birth of the Modern Era. New York: Free Press. ISBN 0743226887
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Kindred Britain.
  2. 1 2 Lundy D. R. John of Gaunt, Duke of Lancaster // The Peerage (ing.).