IV Henri (ing. Henry IV of England) (aprel 1367[1][2] – 20 mart 1413[3], Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı. Fransa kralı IV Filipin nəvəsi olan babası III Eduardın Fransa taxtına olan iddiasını davam etdirdi. Normandiya fəthindən sonra ana dili ingiliscə olan ilk İngiltərə kralı oldu. Atası III Eduardın oğlu Gentli Con, anası isə Lankaster hersoqu Qrosmontlu Henrinin qızı Blanş idi.
IV Henri | |
---|---|
ing. Henry IV of Bolingbroke | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1367[1][2] |
Vəfat tarixi | 20 mart 1413[3] (45 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Atası | Gentli Con[4] |
Anası | Lankasterli Blanş[4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Gentli Con qardaşı oğlu olan II Riçardın səltənətində mühüm siyasi gücə malikdi. Ancaq Henri 1388-ci ildə baş tutan üsyana qarışmışdı və bu səbəblə kralın qəzəbinə məruz qalaraq sürgün edildi. Atasının vəfatından sonra (1399), II Riçard Henrinin atasının mirasını almasına icazə vermədi. Həmin il Henri bir qrup tərəfdar toplayaraq II Riçardı devirdi və onu həbs edərək taxta çıxdı.
Səltənətinin ilk yarısında bir çox üsyanla üzləşən IV Henrinin Uels mərkəzli bu üsyanların ardından səhhəti pisləşməyə başladı. 1410-cu ildə oğlu Monmutlu Henri dövlət işlərini əlinə aldı və 3 il sonra IV Henri vəfat etdi.