Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Laurens Prins (nid. Laurens Prins, ing. Lawrence Prince; təx. 1630, Amsterdam, Niderland – fevral 1717, Karib adaları) — Niderland əsilli Böyük Britaniya bukanyeri və zabiti. O, Henri Morqan rəhbərliyində gəmi zabiti, Con Morris rəhbərliyində isə dəniz qulduru olaraq fəaliyyət göstərmişdir.
Laurens Prins | |
---|---|
Lawrance Prince | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Amsterdam, Niderland |
Vəfat tarixi | |
Vəfat yeri | Karib adaları |
Milliyyəti | hollandiyalı |
Vətəndaşlığı | Böyük Britaniya |
Hərbi xidmət | |
Xidmət illəri | 1659–1671 |
Mənsubiyyəti | Böyük Britaniya |
Qoşun növü | Krallıq donanması |
Döyüşlər |
Qranada basqını Panamanın talan edilməsi |
Rütbəsi | Polkovnik-leytenant |
İspaniya mənbələrinə əsasən, Laurens Prins 1630-cu illərdə Amsterdam şəhərində anadan olmuş bir hollandiyalıdır. O, 1650-ci ilin axırlarında Karib adalarına gəlib çıxmışdır. 1659-cu ildə[qeyd 1] Con Morris və and Robert Sirl daxil olmaqla, kommodor Kristofer Minqsin on günlük səfərində qarət etdiyi ispan mükafatını satın alan dörd nəfərdən biri idi.[1][2] 1670-ci ildə Port-Royal limanında Henri Morqanın qüvvələrinə qoşulmazdan əvvəl, Prins gəmisi ilə Rio-Maqdalenaya getmiş və regionun 240 kilometr (150 mil) daxilində yerləşən Santa-Krus-de-Mompos qəsəbəsini yağmalamağa çalışmışdır. Prinsin qüvvələri yeni tikilən ada qalasından gələn top atəşinə məruz qaldığından, onlar geri çəkilməyə məcbur olmuşdur. Prins və səfər etmək arzusunda olan qüvvələri avqust ayında şimala, Nikaraquaya getmişdir. Kolumbiyaya çatanda Prins San-Xuan çayı ilə getmiş və bir İspaniya qalasını zəbt etmişdir. O, burada baydarkalarla Nikaraqua gölünə getmiş və sahilyanı Qranada şəhərinə basqın etmişdir. Rəsmi ispan mənbələri Prinsin "şəhəri xarabazara çevirdiyini, oraya vahimə saldığını və keşişin başını qubernatora göndərərək 70 min peso istədiyini" iddia etmişdir.[3]
Bir neçə həftə sonra Port-Royala geri qayıdan Prins və daha iki gəmi kapitanı qubernator Tomas Modiford tərəfindən vəkalətnamə almadan ispanlara hücum etdiklərinə görə tənbeh edilmişdir. Modiford vəziyyətin şişirdilməməsinin ağıllı-kamallı bir hərəkət olduğunu düşünürdü, buna görə də o, Prinsə və daha iki gəmi kapitanına Henri Morqana Panama səfərində dəstək olma əmrini verdi. Laurens Prinsin Qranada şəhərində etdiklərindən heyrətlənən Morqan onu özündə və kapitan Edvard Kolyedən aşağı rütbəyə – üçüncü-dərəcəli komandir təyin etmişdir. O və mayor Con Morris 28 yanvar 1671-ci ildə ordunun İspaniya qalalarına hücum edən 300 bukanyerlik avanqardına rəhbərlik etmişdir. Prins 600 nəfərlik əsas qüvvələrə, Morqan və Kolye müvafiq olaraq sağ və sol cinahlara, polkovnik Bledri Morqan isə aryerqarda rəhbərlik etmişdir.[3]
Son hücum mərhələsində Prins və Morris ordunun sol cinahına rəhbərlik etmişdir. İspaniya ordusunun sağ cinahının ətrafına yürüş edən Prins və Morris stratejik bir təpəni ələ keçirmiş, orada öz mövqelərini qurmuşdular.[4] Bu, həm ispan müdafiəçilərini hücuma keçməyə məcbur etmiş, həm də onların komandiri Xuan Perez Dequzmanın yaxınlaşan bukanyerlərin üzərinə mal-qara və qoyun-quzu sürülərini salmaq planını pozmuşdur. O, heyvanları bukanyerlər müəyyən bir nöqtəyə çatanda salacaqdı. Buna görə də Dequzman onları piyadalarının mövqelərində saxlamışdı. Nəticədə, əksinə, Prinsin hücumundan qorxan heyvan gözətçiləri oradan qaçmış, heyvanlar isə İspaniya mövqelərində gəzmiş və onların təşkilatçılığını pozmuşdur. Morqan və Dequzmanın etdiyi eynizamanlı hücum ispan qüvvələrinin təpədə məğlub olması ilə nəticələnmişdir. Pis təşkilatçılıq və bukanyerlərdən gələn yaylım atəşi 500 ispanın həlak olması ilə nəticələnmişdir. Qəti məğlubiyyə yaşayan ispanlar döyüş meydanından qaçır.[5]
Prins daha sonra Modifordun davamçısı Ser Tomas Linç tərəfindən "HMS Assistance" gəmisinin leytenantı təyin edilmişdir. Linç ehtimal ki, ətrafındakı taxt-tac tərəfindən təyin edilən şəxsləri yaxınları ilə dəyişdirərək müstəmləkə idarəçiliyini yenidən strukturlaşdırmaq arzusunda idi.[6] 1672-ci il etibarilə, Prins Panama basqınından əldə etdiyi qazancla bir torpaq mülkiyyətçisi olmuşdur.[7]
1715-ci ildə İngiltərənin Bristol şəhərinə qayıdan Prins "Whydah" velbot gəmisinin kapitanı təyin edilir. 1716-cı ilin payızında "Whydah" velbot gəmisi Afrikaya, indiki Beninə mal, qitməyli əşyalar və ləl-cəvahirat göndərmək üçün vəkalətnamə əldə edir. Prins və heyəti 367 afrikalı köləni gəmiyə yüklədikdən sonra onları Yamaykada satmaq üçün Atlantik okeanından keçir[8] Buna baxmaraq, 1717-ci ilin fevral ayında Kuba və Haiti adaları arasından keçən zaman "Sultana" və "Mary Anne" quldur gəmiləri ilə münaqişəyə girməli olmuşdur. "Sultana" gəmisinin kapitanı "Qara Sem" Bellami, və "Mary Anne" gəmisinin kapitanı isə Polsqreyv Vilyams idi. Üç gün davam edən təqibdən sonra Laurens Prins döyüşsüz təslim olmuşdur. "Whydah" velbot gəmisini öz gəmisinə çevirən Bellami Prinsə keçmiş gəmisi "Sultana"nı və qarət edilən xəzinənin kiçik bir hissəsini Prinsə verir və onu İngiltərəyə yollayır. Bu hadisədən Prins quldarlıqla əlaqədar bir neçə səyahət etmişdir. Onun haqda başqa bir məlumat yoxdur.
2013-cü ildə buraxılan "Assassin's Creed IV: Black Flag" video oyununda Laurens Prins hollandiyalı bir köıə tüccarıdır.[9] Kinqston şəhərində Prins Bartolomyu Robertsin "ürəfa" (ing. Sage) olduğunu aşkar edir. Buna görə də, Qarasaqqalın köməyi ilə Edvard Kenuey Robertsi axtarmaq üçün cənub-şərqi Kubada yerləşən bir qalaya hücum edir.[10] O, Bartolomyu Robertsi Tampilyerlər Ordeninə satmağa cəhd göstərir, lakin Edvard Kenuey onu bir bağda öldürür. Bu hadisədən istifadə edən Roberts ərazidən qaçır.[11][12] Oyunda Edvars Kenuey Laurens Prinsə bənzədilir. Onların ikisi də zənginlik arzusundadır və azadlıqdan daha böyük bir motivin mövcud olduğuna inanmır.[13]