Ledi Slim


Ledi SlimAzərbaycanda travesti janrda Drek-kvin olaraq çıxış edən ilk artistdir.[1]

Ledi Slim
Seymur Babayev
Digər adı Ledi Slim
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Lady Slim.jpg

'

Həyatı[redaktə | mənbəni redaktə et]

Seymur Babayev 1987-ci il 1 aprel tarixində Bakı şəhərində dünyaya gəlmişdir. 2004-cü ildə orta təhsilini başa vuraraq, Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. Özünün azsaylı müsahibələrində ixtisasını çox sevməsinə baxmayaraq hər zaman səhnədə olmaq istədiyini qeyd etmişdir.[2] 2008-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra öz ixtisası xaricində səhnələrdə bir yer almaq axtarışı ilə Moskvaya gedərək orada ilk dəfə drek-kvin artistlərinin səhnə fəaliyyətləri ilə tanış olur. Bu sənətin bütün incəliklərini öyrəndikdən sonra Moskvada gecə klublarının səhnələrində öz ilk çıxışlarını etməyə başlayır ve təcrübə topladıqdan sonra geriyə öz doğma şəhəri Bakıya qayıdır.[3]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ilk travesti aktyoru olaraq Ledi Slim özünü ilk dəfə Space TV-nin efirində 2010-cu ildə elan etmişdir.[4] Buna qədər o, artıq Ukraynanın Odessa şəhərində beynəlxalq drek-kvin yarışmasında Azərbaycanı təmsil etmişdir və həmin yarışmanın yekunlarında "First vitse Miss Travesty İnternational 2010" ve "Miss Tema Club" adlarına layiq görülmüşdür.[5] Müsabiqənin nəticələrini müzakirə edən ukraynalı ekspertlər Ledi Slim ve onun Azərbaycan adından iştirakını xüsusilə qeyd etmişlər. "Bu gün Azərbaycandan olan bir iştirakçını Tema Klubunun lenti ilə təltif etmək üçün gözəl fürsət var idi, yeri gəlmişkən, inqilab münasibəti ilə o, orada inqilab etdi, çünki Azərbaycanda heç vaxt belə bir şey olmayıb, o, artıq tarixə düşüb."[6] Ledi Slimin şousu elə həmin illərdə Azərbaycanın professional artistləri olan Əkbər Əlizadə, hər kəsin Toppuş bacı kimi tanıdığı Tünzalə Əliyeva və mərhum Elçin Həmidov tərəflərindən bəyənilmiş və dəstək olunmuşdur.[7]
2011-ci ildə Ledi Slim növbəti dəfə Azərbaycanı öz ampluasında təmsil etməkdən ötrü yenidən beynəlxalq müsabiqəyə Moldovanın paytaxtı Kişinyov şəhərinə yollanır. Həmin yarışmada "Miss Elegant 2011" adına layiq görülür.[8] Növbəti illərdə Ledi Slimin fəaliyyəti ölkə daxilində birmənalı şəkildə qəbul edilməsə də Azərbaycanda belə bir ampluada artistin peyda olması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilmişdir. Bunlardan Açıq Cəmiyyət Fondunun yaradıcısı olan dünyaca məşhur olub, amma birmənalı qəbul olunmayan biznes maqnati Corc Sorosun fondunu qeyd etmek olar. Açıq Cəmiyyət Vəqfləri adlanan həmin fond Bakıda Ledi Slim haqqında qısa metrajlı bir film çəkir. Film artistin yalnız gündəlik ve səhnə həyatını əks etdirən fotolardan ibarətdir. Filmdə istifadə olunan fotolar ve ümumi mətnin səsləndirilməsi Azərbaycan Fotoqraflar Birliyinin qurucularından biri Mirnaib Həsənoğluya aiddir. Əsas məqsəd Azərbaycanda ilk drek-kvin artistin hansı çətinliklərlə üzləşdiyini işıqlandırmaq olmuşdur.[9]
Son dövrlərdə Ledi Slimin özü də verdiyi müsahibəsində onun səhnə fəaliyyətinin yalnız qastrol səfərlərindən ibarət olduğunu bildirmişdir. ""Hazırda ölkədə yaşayıram, xaricə tez-tez qastrol səfərlərim olur. Xaricdə kifayət qədər tamaşaçı kütləsi toplaşan yerlərdə mənim çıxışlarım var…. Əlbəttə, xaricdə işimə daha çox dəyər verirlər, onlara daha çox maraqlı gəlir, drag mədəniyyətindən xəbərdardırlar"[10] deyə qeyd etmişdir.
2021-ci il Fransa mediası Ledi Slimlə olan müsahibəsini Avropanın ən böyük drek-kvin saytında dərc edərək onu Azərbaycanın ilk drek şahzadəsi adlandırmışlar.[11] Ledi Slim eləcə də Qarabağ həqiqətlərini Azərbaycana gəlib çəkməklə Avropaya çatdırmağa çalışan dünyaca məşhur fransalı fotoqraf Qreqori Herpenin də diqqətini cəlb etmişdir.[12] Q. Herpe Ledi Slimin obrazini ing. Ride the snake Bakıda çəkərək özünün ing. Deep into Drag Queen layihəsinə əlavə etmişdir.[13]

Ən məşhur parodiya obrazları

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  2. "Arxivlənmiş surət". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  3. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  4. "Arxivlənmiş surət". 2022-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  5. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  6. http://weekend.zone/article-full/?tyajelo-byit-jenschinoy-120860
  7. https://www.youtube.com/watch?v=ipHditTUSa4&t=231s
  8. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  9. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  10. "Arxivlənmiş surət". 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  11. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  12. "Arxivlənmiş surət". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  13. "Arxivlənmiş surət". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  14. "Arxivlənmiş surət". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  15. "Arxivlənmiş surət". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.