Leo Huberman (17 Oktyabr 1903 - 9 Noyabr 1968) Amerikalı sosialist yazıçı.
Joseph və Fannie Kramerman Hubermanın on bir uşağının ən kiçiyi olaraq Nyuark, Nyu Cersidə dünyaya gəlmişdir. On bir yaşından etibarən həm oxumuş, həm də fabriklərdə, bir elektrik işçisinin yanında və poçtda işləmişdir. Nyuark Dövlət məktəbini bitirdikdən sonra 1926-cı ildən etibarən Greenwich Villageda özəl bir məktəbdə müəllimlik etmiş, 1932-ci ildə ilk kitabı We the People (“Biz insanlar”)I çap etdirdikdən sonra Londona gedərək London İqtisad Məktəbində bakalavr təhsilinə başlamışdır. Daha sonra Nyu-York Universitetini dərəcə ilə bitirmiş və 1937-ci ildə magistraturanı bitirmişdir. Kolumbiya Universitetində social elmlər fakültəsində sədr vəzifəsinə təyin edilmişdir. 1940-cı ildən etibarən U. S. Week adlı jurnalda redaktor və köşə yazarı kimi işləmişdir. 1949-cu ildə Paul Sweezyilə birgə “Monthly Review” adlı jurnalı yaratmış və burada işləmişdir.
İqtisadiyyat və tarixin harmoniyası şəklində qələmə aldığı Orta əsrlərdən bu günə istehsal üsullarını araşdıran Man's Worldly Goods (“İnsanın dünyəvi mülkü”) adlı kitabı çap olunmuşdur.
Man’s Worldly Goods: The Story of The Wealth of Nations (“İnsanın dünyəvi mülkü: Xalqları sərvəti tarixi”) və We The People(“Biz insanlar”) ilkin olaraq gənc insanlar üçün yazılsa da, sonralar yetkin insanlar üçün yenidən gözdən keçirilmişdir.
- We, the People the Drama of America (“Biz – insanlar, Amerikanın dramı”)
- Capital and Proletariat, Origin and Development (“Kapital və Proletariat, Mənşəyi və İnkişafı”) Nyu-York, (1936)
- Man’s Worldly Goods: The Story of The Wealth of Nations (“İnsanın dünyəvi mülkü: Xalqları sərvəti tarixi”) 1936
- The Labor Spy Racket (Civil liberties in American history) , New York, Modern Age Books, inc, (1937) Yüklə
- The Great Bus Strike -: Transport workers' strike, New York, 1941 Modern age books, New York, (1941) Yüklə
- There is a man interned in a prison as a "dangerous enemy alien being" California CIO Council (1944)
- The truth about unions(“İttifaqlar barədə həqiqətlə”) Free World and Pamphlet Press,, (1946)
- The truth about socialism (“Sosializm həqiqəti”), New York : Lear Publishers, (1950)
- Man's Worldly Goods , Monthly Review Press,U.S. (1952) and Read Books (2006)
- Cuba: anatomy of a revolution(“Kuba- inqilabın anatomiyası”) , Monthly Review Press, (1960)
- Revolution and counterrevolution in the Dominican Republic: Why the U.S. invaded with Paul M. Sweezy , New England Free Press, 1965
- The cultural revolution in China: A socialist analysis (“Çində mədəni inqilab: Sosialist təhlillər”), New England Free Press, (1967)
- Notes on left propaganda: How to spread the word , New England Free Press, Boston, (1967) Onlayn bax
- Introduction to Socialism(“Sosializmə giriş”) , Paul M. Sweezy ilə , Monthly Review Press,U.S. (1968)
- Cuba: A revolution revisited Monthly Review, 12(8), (1968)
- Vietnam: The Endless War(“Vyetnam: Bitməyən müharibə”) (1970)
- Socialism in Cuba(“Kubada sosializm”) Paul M. Sweezy ilə, (1970)
https://en.wikipedia.org/wiki/Leo_Huberman
Lüğətlər və ensiklopediyalar | |
---|
|