Leo Kiaçveli (əsl adı — Leon Mixayloviç Şenqelay; 7 (19) fevral 1884 – 19 dekabr 1963[1][2], Tbilisi[1]) — gürcü Sovet yazıçısı.
Leo Kiaçveli | |
---|---|
Leon Mixayloviç Şenqelay (ლეონ მიხეილის ძე შენგელაია) | |
| |
Təxəllüsü | Leo Kiacheli |
Doğum tarixi | 7 (19) fevral 1884 |
Vəfat tarixi | 19 dekabr 1963[1][2] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | gürcü dili |
Janrlar | povest[d], hekayə, roman |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Leo Kiaçveli 7 (19) fevral 1884-cü ildə Obudji kəndində (indiki Tsalenjixa bələdiyyəsi, Gürcüstan) zadəgan ailəsində anadan olmuşdur. 1904-cü ildə Kutaisi klassik gimnaziyasını bitirmişdir. 1904–1905-ci illərdə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur, lakin 1905-ci ildə universitetin bağlanması səbəbindən təhsilini dayandımalı olmuşdur.
Bu səbəbdən vətənə qayıtmaq məcburiyyətində qalır. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak edir. 1907-ci ildə tutulduqdan sonra Kutaisi həbsxanasından qaçır və bundan sonra qanunsuz olaraq Moskvada yaşayır. Moskvada olduğu müddətdə təhsil də alır. 1912-ci ildə İsveçrəyə yola düşür. Orada Cenevrə Universitetində təhsil alır. Vladimir Lenin, G. V. Plexanov, Anatoli Lunaçarski ilə şəxsən tanış idi. Fevral inqilabından sonra Rusiyaya qayıdır.
1905-ci ildən ədəbi fəaliyyətlə məşğul olur. Qısa hekayələr yazırdı. Kiaçveli 1917-ci ildə Gürcüstanda 1905-ci il hadisələrindən bəhs edən tarixi və inqilabi romanı "Tariel Golua" (1915) nəşr olundu. Onun bu romanı gürcü ədəbiyyatında sosialist realizminin inkişafının başlanğıcını qoydu.
Kiaçveli 1927-ci ildə, 1905–1907-ci illərdəki ilk rus inqilabından sonra Gürcüstanda gizli inqilabı mübarizədən bəhs edən "Qan" romanının birinci hissəsi nəşr olundu. "Guadi Bigva" (1938) romanı gürcü kəndində kolxoz sisteminin zəfərindən bəhs edirdi. Leo Kiaçveli nin "Dağlar adamı" (1945) romanı Böyük Vətən müharibəsi mövzusuna həsr olunmuşdur.
Siniflər arası mübarizəni və yeni bir sosialist həyatın təntənəsini əks etdirən "Knyaginya Maya (1927), "Almasgir Kibulan" (1928), "Xaki Adzba" (1933), "Şmit Kreyseri"(1933) və digər novellaları yazmışdır. Leo Kiaçveli ədəbi yaradıcılıqla yanaşı, filmlərə ssenarilər də yazırdı. "Qızıl Vadi" (1937), "Bir Göyün Altında" (1961) filmləri onun ssenariləri əsasında çəkilmişdir. Yazıçının əsərləri SSRİ və sosialist ölkələrinin xalqlarının dillərinə tərcümə edilmişdir.
Leo Kiaçveli 19 dekabr 1963-cü ildə Tbilisidə vəfat etmişdir. Tiflisdə Mtatsminda panteonunda dəfn edilmişdir.
Tbilisidə bir küçə Leo Kiaçelinin adını daşıyır.