Leonid Rubenoviç Azqaldyan (erm. Լեոնիդ Ռուբենի Ազգալդյան; 22 noyabr 1942, Tbilisi – 21 iyun 1992[1], Təpəkənd, Ağdərə rayonu) — SSRİ və Ermənistan fiziki, hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Dağlıq Qarabağ separatçılarının liderlərindən biri olmuşdur.
Leonid Azqaldyan | |
---|---|
erm. Լեոնիդ Ռուբենի Ազգալդյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyun 1992[1] (50 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri | |
azgaldyan.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Leonid Rubenoviç Azqaldyan 22 noyabr 1942-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. O, Moskva Dövlət Universitetinin və İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, avtomatik idarəetmə sistemləri sahəsində çalışmışdır. Azqaldyan Qarabağ hərəkatının liderlərindən biri olmuş, 1990-cı ilin fevralından Ermənistanın və Qarabağın bir sıra rayonlarında hərbi birliklər təşkil etmiş və əməliyyatlar həyata keçirmişdir. O, 1991-ci ildə Ovsep Ovsepyanla birlikdə "Azadlıq Ordusu" hərbi təşkilatını yaratmışdır.[3]
Leonid Azqaldyan ölümündən sonra I dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. O, ölümündən sonra, 31 avqust 2019-cu ildə "Artsax Qəhrəmanı" adına layiq görülmüş və "Qızıl qartal" ordeni ilə təltif edilmişdir.[4][5]
Ermənistanın paytaxtı İrəvan şəhərində onun büstü mövcuddur.[6]