Lerik Tarix-Diyarşünaslıq Muzeyi

Lerik Tarix-Diyarşünaslıq Muzeyi — Lerik rayonunun tarixi, mədəni irsini təqdim edən və turistlər üçün maraq doğuran rayon daxilində muzey. Lerik rayonunun tarixini əks etdirən çoxlu sayda eksponat var. Tarix-Diyarşünaslıq Muzeyinə Ruslan İsmayıl oğlu Məmmədov rəhbərlik edir.

Lerik rayon Tarix-Diyarşünaslıq Мuzeyi
Lerik rayon Tarix-Diyarşünaslıq muzeyi
Əsası qoyulub 1982
Mövzu Tarix
Kolleksiyası 4700 eksponat
Direktor Ruslan İsmayıl oğlu Məmmədov
Telefon (+994 25) 274-47-90
İş rejimi (II – VII) 09:00 – 17:00[1]

Lerik Tarix-Diyarşünaslıq muzeyi 1983-cü ildən fəaliyyət göstərir. Muzeyin ərazisi 260 kv/m-dir. Muzeyin həyətyani sahəsində arxeoloji nümunələr sərgilənir. Eksponatların sayı 4700 ədəddir[2]

Muzey eksponatları

[redaktə | mənbəni redaktə et]

1983-cü ildən fəaliyyət göstərən M. Ə. Rüstəmov adına Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi Lerikin keçmiş və indiki tarixini eksponatlar vasitəsilə nümayiş etdirir. Muzeydə Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə üç səfərinə aid foto-stendlər və ulu öndər Heydər Əliyevin əsərləri və fotoları yer almışdır. Muzeydə rayonun arxeologiyasına, florafaunasına, görkəmli şəxsiyyətlərini, alim və yazıçılarını, məişətini, tətbiqi sənət nümunələrini, Qarabağ şəhidlərini və Böyük Vətən Müharibəsi vetranlarını tanıtdıran eksponatlar vardır. Ekspopnatlar arasında eramızdan əvvəl XIV–XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s. maddi mədəniyyət nümunələri vardır. Eksponatlar arasında — Morqan qardaşları Lerikə səfərlərini özlərinin yazdıqları kitablarda da qeyd ediblər: "Jan və Henri qardaşları bu zonaya səfərləri barədə "İrana elmi səfər" və "Sirli Şərq" kitablarında məlumat veriblər. Bundan əlavə, muzeydə ən məşhur eksponatlardan biri — dünyanın ilk uzunömürlü sakini kimi bilinən, 150 ildən çox ömür sürmüş Mahmud Eyvazovun "Dayandoldurum" tüfəngidir. Eləcə də Tunc dövrünə aid döyüş paltarları, bəzək əşyaları, əntiq məişət əşyaları və Daş dövrünə aid alətlər də bizim muzeydə qorunur. Üç əsrlik tarix

Binada: 2 otaq, 6 eksponat salonu vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi haqqında məlumat". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  2. "Min ilin sirri". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  3. "Azərbaycan muzeyləri". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.