Leyla Abdullayeva Arif qızı (11 iyun 1959, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış[1] deputatı. Sumqayıtın ilk qadın deputatıdır.[2]
Leyla Abdullayeva | |
---|---|
2010 – 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Leyla Abdullayeva 1959-cu il iyunun 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 3 yaşından Sumqayıtda yaşayır. Orta təhsilini Sumqayıt şəhərinin 1 və 15 saylı orta məktəblərində alıb. 1976-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1981-ci ildə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə məzun olub. 2003-cü ildə Azərbaycan dili və ədəbiyyatı üzrə ikinci ixtisasını alıb.
Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2009-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Subaydır.
Rus dilini bilir.
Leyla Abdullayeva 1982-ci ildən Naxçıvan şəhərinin 1 saylı internat məktəbində və 6 saylı orta məktəbində, 1984-cü ildən Sumqayıt şəhərinin 15 saylı orta məktəbində, 1995-ci ildən "İstedad" liseyində müəllim işləmişdir. 2005-ci ildən F. Piriyev adına Sumqayıt şəhər 18 saylı orta məktəbin direktorudur.[3]
O, 2 dərs vəsaitinin müəllifidir.
O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər təşkilatının, YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvüdür.[2]
2009-cu ildə Sumqayıt şəhər bələdiyyəsinə keçirilən seçkilərdə partiyanın namizədi kimi iştirak edib və bələdiyyə üzvü seçilib.[2]
2010-cu ildə 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.[4] Braziliya, Estoniya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2015-ci ildə növbəti seçkilərdə hakim Yeni Azərbaycan Partiyası Leyla Abdullayevanı 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim etsə də, o sonradan deputatlığa namizədliyini geri götürüb.[5] YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamasın görə, Abdullayeva dövlət qulluğunda çalışmaq barədə qərar verib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir.[6] Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsinə ayrılan müddət başa çatdığından Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt I Seçki Dairəsindən Leyla Abdullayevanın əvəzinə yeni namizəd irəli sürməyib.[7]