Leyla Mütəllim qızı Quliyeva (qızlıq soyadı: Əliyeva; 26 iyun 1986; Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı teleaparıcı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018), "İctimai" Televiziyası Musiqili, Bədii və Əyləncəli Verilişlər Departamentinin aparıcısı (2005–2020), Bakı 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı, "Xəzər" Televiziyası Kreativ şöbəsinin rəhbəri (2020-h.h.).[1][2]
Leyla Quliyeva | |
---|---|
Leyla Mütəllim qızı Quliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Abbas Quliyev |
Uşağı | İradə Quliyeva |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Aparıcı, şərhçi |
Vikianbarda əlaqəli mediafayllar |
Leyla Quliyeva 1986-cı il iyunun 26-da Bakı şəhərində anadan olub. Uşaq yaşlarından musiqiyə və ədəbiyyata böyük marağı olub. Skripkaya maraq göstərsə də, onun bu arzusu ürəyində qalıb və o ailəsinin istəyi üzərinə pianinoya yazılıb. 1993-2004-cü illərdə Bakı şəhər 190 saylı tam orta məktəbdə, 1994-2001-ci illərdə Bakı şəhər Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin Fortepiano şöbəsində, 2001-2004-cü illərdə isə Qeorqi Şaroyev adına 35 saylı musiqi məktəbinin Nəzəriyyə və vokal şöbəsində təhsil alıb.
Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Vokal və xor dirijorluğu fakültəsində alıb. I kursu Xuraman Qasımovanın rəhbərliyi altında Vokal şöbəsində yekunlaşdırıb. I kursu bitirdikdən sonra ixtisasını dəyişmiş və II kursdan etibarən "dirijorluq" ixtisası üzrə təhsilini davam etdirmişdir. Bakalavr təhsilini yekunlaşdırdıqdan sonra magistr təhsili də almışdır.
Leyla Quliyeva hövsələsiz və səbirsiz biri olduğundan hətta bir müddət musiqini atmışdı. Amma böyük həvəs onu yenidən musiqi ilə məşğul olmağa vadar edib. Bir neçə dəfə Gürcüstan və Rusiyada qastrollarda olub. Şagird olanda "Puşkin-200" və "Qönçə" müsabiqələrində laureat olub.
2001-ci ildə Roma Papası II İoann Pavelin Bakıya səfəri zamanı Prezident Sarayında fəxri qonağın şərəfinə böyük konsert təşkil edilmişdi. Prezident Heydər Əliyevin iştirak etdiyi tədbirdə Leyla Quliyeva Frans Şubertin "Ave Mariya" əsərini ifa edib.
O, bir müddət Bakı Şəhər Baş Təhsil İdarəsinin nəzdində təşkil edilmiş "EEC" İngilis Dili üzrə Uşaq Klubunun Prezidenti də olub.
İctimai Televiziyanın yaranması onun təhsilinin II kursuna təsadüf etmişdi. O vaxt Televiziyanın Musiqi departamentinə direktor təyin olunan Aygün Səmədzadə konservatoriyada Leylaya "Musiqi tarixindən" dərs deyirdi. Aygün xanımın təklifi ilə Leyla İctimai Televiziyada təşkil olunan müsabiqəyə qatılır. Məlum olduğu kimi müsabiqədən üzüağ çıxan Leyla İctimai Televiziya yarandığı gündən indiyə qədər burada çalışırdı. İTV-yə gələndən sonra ilk böyük səfəri ABŞ-a olub. Bu, Amerika Departamentinin dəvəti ilə "Amerika müsəlmanları" adlı filmin çəkilməsi ilə bağlı idi. 2007-ci ildə səfər baş tutdu və Amerika ərazisinə ilk müsəlmanların gəlişindən tutmuş indiyə qədər 11 sentyabr hadisələri və s. işıqlandırmaq şərti ilə iki hissəli, bəlkə də elmi iş səviyyəsində film hazırlanır. Daha sonra həmin filmi Leyla Suriyada keçirilən festivala aparmışdır. "Eurovision" müsabiqəsinin ölkədə ilk şərhçilərindən də biri məhz Leyla Əliyeva olub. Həmin vaxt onunla yanaşı Murad Arif də şərhçi idi. Bir müddət də "Yeni Gün" proqramının aparıcısı olub. Hazırladığı ilk veriliş "İntrada" olsa da, sonralar o, "Yaradıcılıq gecəsi", "Ekspromt", "Ustad dərsi" verilişlərini, televiziyanın bayram konsertlərini aparır. "Qadın dünyası" proqramının ilk aparıcısı olmuşdur.
Əsas televiziya fəaliyyətinə İTV-dən başlamış, Leyla ilə eyni vaxtda, eyni ildə bu televiziyaya gəlmiş, nümayəndə heyətinin tərkibində olan üzvlər kimi eyni vaxtda "Eurovision" müsabiqəsinə qatılmış Hüsniyə Məhərrəmova ilə Leyla Əliyevanı çox vaxt "siam əkizləri" adlandırırlar.
Eurovision Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Aparıcı PicMus Production-da istehsal olunmuş, bütün hüquqları PicMus MMC-yə məxsus olan "Ulduza Toxun" layihəsində iştirak etmişdir.
Leyla Quliyeva 2015–2018-ci illərdə AzTV-də aparıcı kimi fəaliyyət göstərirdi.[3]. O, AzTV-də yayımlanan "61!" şousunun və "Əlaçı" verilişinin aparıcılığını edir[4]. "61!" dünyaca məşhur "Jeopardy!" şousunun Azərbaycan versiyasıdır. Yarışma janrında olan proqramın müəllifi Merv Qriffindir[5][6]
27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[7]
2020-ci il 27 avqust tarixindən etibarən Xəzər TV-nin kreativ şöbəsinin rəhbəri kimi çalışır.
Leyla Əliyeva "İctimai" Televizisiyasının rejissoru Abbas Quliyevlə ailəlidir. İradə (d. 16.05.2010) adlı 1 qızı və 1 oğlu (d. 2013) var.[8][9][10]