Li Harvi Osvald

Li Harvi Osvald (ing. Lee Harvey Oswald; 18 oktyabr 1939[1][2][…], Nyu-Orlean, Luiziana[3]24 noyabr 1963[1][2]) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili.

Li Harvi Osvald
ing. Lee Harvey Oswald
Dallas Polis Departamenti tərəfinən çəkilmiş şəkil
Dallas Polis Departamenti tərəfinən çəkilmiş şəkil
Doğum tarixi 18 oktyabr 1939(1939-10-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1963(1963-11-24)[1][2] (24 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Həyat yoldaşı Marina Prusakova
Uşağı 2
Atası Robert Edvard Li Osvald
Anası Marqeret Frensis Kleveri
Milliyyəti Amerikalı
Fəaliyyəti işçi[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Li Harvi Osvald 1939-cu ilin 18 oktyabr tarixində Nyu-Orlean şəhərində anadan olmuşdur. 1956–1959-cu illərdə dəniz donanmasında xidmət etmiş və xidmət etdiyi dövr ərzində rus dilini mükəmməl öyrənmişdir. ABŞ-nin 35-ci prezidenti Con Kennedini öldürməkdə təqsirləndirilən Li Harvi Osvald hadisədən iki gün sonra 24 noyabr tarixində Dallas Polis Departamentinin çıxışında Cek Rubi tərəfindən öldürülmüşdür. Harvi Osvald 1962-ci ildə Pentaqonda işləməyə başlamış, ancaq 1963-cü ildə KQB agenti olduğu şübhələri səbəbindən işdən kənarlaşdırılmışdır.

Eksqumasiya proseduru

[redaktə | mənbəni redaktə et]

Li Harvi Osvaldın cəsədi 1981-ci ildə torpaqdan çıxarılıb. Həmin vaxt Con Kennedinin həyat yoldaşı qatilin cəsədinin eksqumasiya edilməsini istəyib. Li Harvi Osvaldın xanımı Marina da ərinin yerinə tabutda onun oxşarı olan rus casusunun dəfn edildiyini bildirərək eksqumasiyaya tərəfdar çıxıb. Ancaq analizlər göstərib ki, cəsəd həqiqətən Li Harvi Osvalda məxsusdur.

Eksqumasiya prosedurundan sonra Li Harvi Osvald Texasda dəfn edilib. Onun cəsədinin əvvəlcə qoyulduğu ağac tabut isə yararsız sayıldığı üçün ikinci dəfə istifadə edilməyib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Lee Harvey Oswald // GeneaStar.
  3. 1 2 http://www.britannica.com/EBchecked/topic/434542/Lee-Harvey-Oswald.