Liam Nison

Uilyam Con "Liam" Nison (ing. William John "Liam" Neeson; 7 iyun 1952[2][3][…]) — İrlandiya aktyorudur.

Liam Nison
ing. Liam Neeson
Doğum adı William John Neeson[1]
Doğum tarixi (71 yaş)
Doğum yeri Böyük Britaniya Şimali İrlandiya
Vətəndaşlığı Böyük Britaniya Böyük Britaniya
Fəaliyyəti kino aktyoru, futbolçu, səsləndirmə aktyoru[d], teatr aktyoru, boksçu, aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1978-ci ildən
Təhsili
  • Belfast Kuins Universiteti[d]
Boyu 1,9 m
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti
Qızıl Şir
IMDb ID0000553
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi filminə çəkilərək məşhurluq qazanır. Həmin ildə Böyük Britaniyanın kraliçası II Elizabet ona "Britaniya İmperiyasının Ordeni"nin ofiser vəzifəsini verir. 2008-ci ildə İrlandiya fondu ona İrlandiya incəsənətində gördüyü işlərə görə mükafat verir. Liam Nison katolik ailəsində dünyaya gəlməsinə baxmayaraq, İslam dininə böyük hörməti vardır.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Liam Nison 1994-2009-cu illər ərzində İngilis əsilli ABŞ aktrisası Nataşa Riçardson ilə ailə həyatı qurmuşdur. Amma Nataşa 2009-cu ildə qarlı dağ adlanan kurortda başına kaska qoymadan hərəkət etdiyi zaman ağır travma alır. Həkimlərin köməyini istəməyən Nataşa tez bir zamanda koma vəziyyətinə düşür. Bir müddət sonra xəstəxanada ailəsinin yanında vəfat edir. Nataşanın Liamdan iki oğlu Deniel və Maykl adlı övladları vardır.

Seçilmiş filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Film Rol
1981 Ekskalibur Haveyn
1986 Əgər sabah açılsa Andre Trenyan
1986 "Delta" dəstəsi Delta dəstəsinin üzvlərindən biri
1988 Yüksək ruhlar Martin Broqan
1989 Qaranlıq adamı Peyton Uestleyk
1990 Böyük adam Denni Skuler
1992 Ərlər və arvadlar Maykl Qeyts
1993 Şindlerin siyahısı Oskar Şindler
1995 Rob Roy Robert Roy MakQreqor
1996 Maykl Kollins Maykl Con Kollinz
1996 Əvvəl və sonra Ben Ryan
1999 Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi Kvay-Qon Cinn
2002 Ulduz müharibələri. Epizod II: Klounların yürüşü Kvay-Qon Cinn
2004 Kinsi Alfred Kinsi
2005 Simpsonlar Ata Şon
2005 Ulduz müharibələri. Epizod III: Sithin qisası Kvay-Qon Cinn
2015 Gecə təqibi Jimmy

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. (unspecified title). Rivista del Cinematografo.
  2. Liam Neeson // Internet Broadway Database (ing.). 2000.
  3. William John Neeson // Internet Broadway Database (ing.). 2000.