Liliya Qumerova (başq. Ғүмәрова Лилиә Салауат ҡыҙы 16 dekabr 1972, Uçalı, Başqırd MSSR) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədi[1]. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən).
Liliya Qumerova | |
---|---|
başq. Лилиә Салауат ҡыҙы Ғүмәрова | |
Doğum tarixi | 16 dekabr 1972 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur.
1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir.
1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir.
2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir.
2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.
2007–2010-cu illərdə Başqırdıstan Respublikası Hökumətinin sosial inkişaf, səhiyyə, əmək və məşğulluq şöbəsinin müdiri olmuşdur.
28 yanvar 2010-cu ildə Başqırdıstan Respublikasında Uşaq Hüquqları üzrə Müvəkkil vəzifəsinə seçilir[2].
14 mart 2011-ci ildə "Vahid Rusiya" partiyasından 28 nömrəli Otradovsk seçki dairəsindən Kurultay deputatı seçilir[3]. 15 mart 2011-ci ildə Başqırdıstan Respublikasının Kurultay sədrinin müavini seçilir[4].
24 oktyabr 2012-ci ildə Başqırdıstan Respublikası Baş nazirinin müavini təyin edilir[5].
25 sentyabr 2014-cü il tarixində Başqırdıstan Prezidenti Rüstəm Həmidov Liliya Qumerovanı Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında senator səlahiyyətləri verir[6][7]. 19 sentyabr 2019-cu ildə Başqırdıstanın yeni başçısı Radiy Xabirov onun səlahiyyətlərini uzadır[8].
1 oktyabr 2014-cü ildən Federasiya Şurası Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini[9], 18 dekabr 2015-ci ildə Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri seçilir[10].
25 sentyabr 2019-cu ildə Rusiya Federasiyası Elm, təhsil və mədəniyyət komitəsinin sədri təyin edilmişdir[11][12].