Lisa Vikari (alm. Lisa Vicari; 11 fevral 1997[1], Münhen[2]) — almaniyalı aktrisa.
Lisa Vikari | |
---|---|
alm. Lisa Vicari | |
Doğum tarixi | 11 fevral 1997[1] (26 yaş) |
Doğum yeri | |
Milliyyəti | alman |
Vətəndaşlığı | Almaniya |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 2009-cu ildən |
IMDb | ID3582197 |
Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur.[3][4] O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı.[4] 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı.[5] Vikari Potsdamda media təhsili alır.[4]
Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.[6][7]
İl | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2009 | Tunnelblicke | Qısa film | |
2010 | Viki Ficki | Qısa film | |
2010 | Hanni & Nanni | Suse | |
2011 | Hell | Leonie | |
2011 | Einer wie Bruno | Maren | |
2014 | Playing Doctor | Lilli | |
2017 | Luna | Luna | |
2017 | Einmal bitte alles | Mieke | |
2018 | Schwimmen | Anthea | |
2020 | Isi & Ossi | Isi | |
2021 | Hannes | Nele | |
2021 | Das Haus | Layla |
İl | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2011 | Und dennoch lieben wir | Tessa | Televiziya filmi |
2013 | Unter Verdacht | Nadine Schmolzer | Seriya: "Ohne Vergebung" |
2014 | Die Chefin | Vanessa Willski | Seriya: Tod eines Lehrers" |
2016 | SOKO München | Jenny Saiber | Seriya: "Das Halstuch" |
2017 | Zwei Sturköpfe im Dreivierteltakt | Sophie Grimm | Televiziya filmi |
2017 | Tatort | Jasna Nemec | Seriya: "Amour fou" |
2017–2020 | Dark | Martha Nielsen | Baş rol |
TBA | Django | Sarah | Film |