Lockheed F-104 Starfighter

F-104 Starfighter (Ulduz döyüşçüsü ), ABŞ Lockheed Martin şirkəti tərəfindən yaradılmış olan bombardmançı hərbi təyyarə növüdür. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-21 supersonik hərbi təyyarəsi olmuşdur.

Lockheed F-104 Starfighter
Tipi Önləmə təyyarəsi, Reaktiv təyyarə, Qırıcı
Hazırlayan Lockheed Corporation
İstehsalçı Lockheed Corporation, Mitsubişi
İlk uçuş 17 fevral 1956
İstismara verilmə tarixi 20 fevral 1958
İstimarının bitmə tarixi 31 oktyabr 2004
İstismarçılar
Buraxılış sayı 2.578
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, İtaliya, Yaponiya, PakistanTürkiyə tərəfindən istifadə edilmişdir. Türk Hava Qüvvələri tərəfindən 1964-cü ildən etibarən istifadə edilməyə başlanılmış 1993-cü ildə xidmətdən çıxardılmışdırlar.

Qısa qanadlarına görə hər hansı bir mühərrik problemi yarandıqda və ya güc itkisi baş verəndə havada qalması çox az olduğundan planer uçuşu etməyi bacarmayan və tez-tez buna görə qəza etmiş təyyarələrdən olmuşdurlar. Almaniya Hərbi Hava Qüvvələrindəki çoxsaylı qəza səbəblərinə görə onlara "uçan tabut" deyilmişdir. Almaniya Hərbi Hava Qüvvələrindəki 100-dən artıq F-104 G modelinin istifadə edildiyi müddət ərzində qəzaya uğradığı bildirilir.

Türk Hava Qüvvələrində F-104G, TF-104G, F-104S, CF-104A və CF-104D modelləri istifadə edilmişdir. Türkiyə Kipr Sülh Hərəkatından sonra öz hərbi hava qüvvələrini təmin etmək məqsədi ilə ABŞ tərəfindən tətbiq edilmiş olan silah embarqosuna görə İtaliyadan arsenalda olan F-104G modellərindən olduqca fərqli olan F-104 S tipli 40 ədəd təyyarə almışdır. Kanada istehsalı olan CF-104A və CF-104D modelləri Kanada tərəfindən 1983-cü ildə Türkiyəyə hədiyyə edilmişdir. Türkiyənin hərbi muzey bağında və bəzi vilayət və bölgələrində mühərriki çıxardılaraq nümayiş etdirilir.

Qırıcı, önləmə, bombardmançı vəzifələri üçün nəzərdə tutulmuşdur. 1954-cü ildə ilk uçuşunu həyata keçirmiş və 1958-ci ildə xidmətə qəbul edilmişdir. Ümumi olaraq 2578 ədəd istehsal edilmişdir.

F-104 modelinin mühərriki, General Electric J79 turbojet mühərriki əsasında dizayn edilmişdir. 2 Mach sürətindən yuxarı olan sürətlərə imkan verən mühərrikinin alüminium quruluşu eyni zamanda mühərrikin istilik sərhədlərini məhdudlaşdırırdı. Daha sonrakı J79 modellərində həyata keçirilmiş olan modifikasiyalar ilə itələmə gücü 30%-ə qədər artırılmışdır.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Keçmiş istifadəçilər

[redaktə | mənbəni redaktə et]
Belçika Belçika
Kanada Kanada
 Tayvan
Tayvan F-104J
Danimarka Danimarka
Almaniya Almaniya
Yunanıstan Yunanıstan
İtaliya İtaliya
Yaponiya Yaponiya
İordaniya İordaniya
Niderland Niderland
Norveç Norveç
Pakistan Pakistan
 İspaniya
Türkiyə Türkiyə
ABŞ ABŞ