Lyubov İsaakovna Akselrod (rus. Любо́вь Исаа́ковна Аксельро́д; təxəllüsü – Ortodoks; 1868[1][2][…], Vileyski qəzası[d], Vilen quberniyası[d] – 5 fevral 1946[3], Moskva) — Rusiya filosofu və ədəbiyyatşünası.
Lyubov Akselrod | |
---|---|
![]() | |
Doğum tarixi | 1868[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 fevral 1946[3] |
Vəfat yeri | |
Dəfn yeri |
|
İstiqaməti | marksizm[1] |
Əsas maraqları | fəlsəfə[4], kommunizm[4] |
Təsirlənib | Karl Marks[1], Fridrix Engels[1], Georgi Plexanov[1] |
Lyubov İsaakovna Akselrod 1868-cı ildə Rusiya imperiyasında, indiki ərazisində anadan olmuşdur. O, 1884-cü ildən inqilabi hərəkata qoşulmuşdur. Akselrod1887–1906-cı illərdə mühacirətdə yaşamış, 1900-cu ildə Bern Universitetini qurtarmışdır. O, 1892-ci ildə "Əmək azadlığı" qrupuna daxil olmuşdur. Akselrod tarixi materialistcəsinə anlayışı müdafiə etmiş, neokantçılığın idrak nəzəriyyəsinə, empiriokritisizmə qarşı çıxmışdır. O, Marksist fəlsəfənin şərhində aqnostisizm və relyativizmə bir növ razılaşmışdır. Akselrod Vladimir Leninin "Materializm və empiriokritisizm" əsərinə qarşı çıxmışdır. O, 1903-cü ildə menşeviklərə qoşulmuşdur. 1920-ci illərdə Akselrod "mexanistlər" qrupuna daxil idi. O, ömrünün son illərində incəsənətin sisoloji problemləri ilə məşğul olmuşdur. Lyubov Akselrod 5 fevral 1946-cı ildə, SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[5]