Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi.
Lyuis funtu | |
---|---|
Dövriyyə ərazisi | |
Emitent ölkə | |
Tarixi | |
Dövriyyəyə buraxılma | sentyabr 2008 |
Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb.[1] Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib.
3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir.[2]
1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).[3]