Straud funtu — İngiltərənin Straud şəhərində istifadə edilən regional valyuta . Totnis funtu və Lyuis funtundan sonra buraxılan üçüncü yerli valyutadır. 12 sentyabr 2009-cu ildən dövriyyədədir.[1]
12 sentyabr 2009-cu ildə, yerli keçid qrupunun təşəbbüsü ilə buraxılıb,[2][3] . Totnis və Lyuis funtlarından fərqli olaraq o bir qədər fərqli sxemlə buraxılıb. 2010-cu ilin aprelinə olan məlumata görə Qlosterşir qraflığının 30 müəssisəsi bu valyuta ilə işləyir.[4]
Buraxılış günü dövriyyəyə 1 000 Straud funtu buraxıldı və hər alıcı azı 1 yerli funt almalı idi[5].
2011-ci ilə artıq 4 000 yerli funt alınır. Ancaq bununla belə bəzi yerli müəssisələr şikayət edirdilər ki, müştərilər onları dəstəkləsələr də , yenə də funt sterinqə üstünlük veririlər.[6]
Straud funtu dörd nominalda: £ 1, £ 2, £ 5 və 10 funtluq olur. Filip Trelfollun 1972-ci ildə çəkdiyi "Straud binası" freskası, yerli əhəmiyyətli obrazlar funtun dizaynında əksini tapıb.[7] Əskinazlar parlaq rənglərlə təhlükəsiz kağızda çap olnur.