Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır.
Şotland funtu | ||||
---|---|---|---|---|
| ||||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | XII əsr |
Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub.
Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı.
Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər. Rəsmi tədavül vasitəsi olmasalar da Böyük Britaniya ərazisində qəbul edilirlər.