Lyura Milli Parkı

Lyura Milli Parkı (alb. Parku Kombetar i Lurës) — Albaniyanın şimal-şərqində, Dibra bələdiyyəsində yerləşən milli park. Lyura Milli Parkının əsası 1966-cı ildə qoyulmuşdur. Milli park hündürlüyü 2.119 metr olan,[1] Lyura dağlarının ən hündür zirvəsi olan Kunora e Lyures dağının şərqindəki 1.280 hektar ərazini əhatə edir.

Lyura Milli Parkı
alb. Parku Kombetar i Lurës
Lyura dağlarının buzlaq mənşəli göllərindən biri.
Lyura dağlarının buzlaq mənşəli göllərindən biri.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 12,8 km2 ha
Yaradılma tarixi 1966
Göllər Böyük göl, Şamlar gölü, Qara göl, Güllər gölü, Qarğa gölü
Yerləşməsi
41°47′ şm. e. 20°11′ ş. u.HGYO
Ölkə  Albaniya
Əyalət Dibra qraflığı
Rayon Dibra bələdiyyəsi
Yaxın şəhər Peşkopiya
Lyura Milli Parkı xəritədə
Lyura Milli Parkı
Lyura Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ildə Albaniya hökuməti milli parkda yenidənqurma işləri aparmışdır: ağaclandırma, yol işləri, yeni nişanların qoyulması.[2][3] Kommunizmin düşüşündən sonra milli park leqal olmayan girişlər və meşə yanğınları səbəbilə böyük zərər görmüşdür. Parkda otellər və bir neçə mehmanxana fəaliyyət göstərir.

Lyura Milli Parkı Lyu dağlarının şərq yamacında yerləşir. Milli park Peşkopiya şəhərinin 25 kilometr şərqindədir, yaxınlığında Fuşa-Lyra və Sina e Eperm kəndləri yerləşir. Milli parkda nadir növlər yaşayır. Buzlaq mənşəli göllərin əmələ gətirdiyi kompleks Albaniya təbiətinin incilərindədir və milli parkın turizm baxımından ən görməli yeri hesab olunur. Buradakı 12 buzlaq mənşəli göl Vürm buzlaşma dövründə yaranmış və göllərin ümumi sahəsi 100 hektardır. Onlar Albaniyanın şimal-şərqində, Dibra qraflığında, 1.200-1.500 metr hündürlükdə yerləşir. Yayda Güllər gölündə çiçək açmış zanbaqlar heyranedici mənzərə yaradır.[4] Milli parkın sularında adi tritondaraqlı triton yaşayır. Qışda göllərin səthi buz bağlayır.

Göllər
Gölün adı (azərb. ‎) Gölün adı (alb. ) Sahəsi (hektar)
Böyük göl Liqeni i Madh 32
Şamlar gölü 13
Qara göl Liqeni i Zi 8
Güllər gölü Liqeni i Lulev 4
Qarğa gölü Liqeni i Lopeve

Flora və fauna

[redaktə | mənbəni redaktə et]
Böyük göl

Milli parkda ən geniş yayılmış ağac növü fıstıq ağacıdır. Milli parkda fıstıq ağacları 900 və 1.000 metrdən 1.900 və 2.000 metrə qədər yüksəkliklərdə yayılmışdır. 1.600—1.700 metr hündürlükdə qara şam ağacı, qayalıq yamaclarda (1.700 —2.000 metr hündürlükdə) isə qırmızı şam ağacı geniş yayılıb. Meşələrdə nadir növlər yaşayır: Avroasiya qonur ayısı, adi vaşaq, Avroasiya canavarı, Avropa ağac dələsi, Avropa cüyürü, Qərb tetrası.

Milli parkın cənub hissəsində müxtəlif rəngli çəmənliklərdən ibarət çəmənliklər və Madyan sahəsi adı iynəyarpaqlı ağaclar var. Milli park ekoturizm, qış idman növləri, atçılıq və digər fəaliyyət imkanlarına malikdir.

  1. Soviet military map К-34-77-В (1:50.000)
  2. "2 million trees for the Lura Park". 2014-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
  3. "Nis rehabilitimi dhe ripyllëzimi i Parkut Kombëtar të Lurës". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
  4. "From official website". 2009-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]