Tomorr Milli Parkı

Tomorr Milli Parkı (alb. Parku Kombëtar i Malit te Tomorrit) ― 1956-cı ildə yaradılmış, Albaniyanın cənubunda, Tomorr massivinin mərkəzi və daha yüksək hissələrində yerləşən milli park. 2012-ci ilə qədər 261,06 km² ərazini əhatə edən park 2019-cu ildən etibarən ərazidəki daş karxanalarını da əhatə etməsi üzrə genişləndirilmişdir. Milli park 26 106 hektar ərazini əhatə edir.[2] Tomorr Milli Parkı 1956-cı ildə yaradılıb və dağ biomüxtəlifliyininekosisteminin bütövlüyünün milli səviyyədə qorunması üçün ən vacib qorunan ərazilərdən biri hesab olunur. Park Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli IPA (ing. Important Plant Area — mühüm bitki sahəsi) kimi tanınmışdır.[3]

Tomorr Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 24,7231 km²
  • 26.086 ha[1]
Yaradılma tarixi 1956
Yerləşməsi
40°42′ şm. e. 20°08′ ş. u.
Ölkə
Tomorr Milli Parkı xəritədə
Tomorr Milli Parkı
Tomorr Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomorr dağı əhəngdaşəkarstdan təşkil olunmuş antiklinaldır. Dağ cənubi Albaniyanın ən yüksək təbii nöqtələrindən biridir.

Ərazinin fərqli geologiyası və topoqrafiyası nadir flora və fauna müxtəlifliyinə səbəb olmuşdur. Tomorr Milli Parkının meşələri müxtəlif növ enliyarpaqlı və iynəyarpaqlı ağaclardan və olduqca müxtəlif çiçək növlərindən ibarətdir. Parkın meşələri Avropa fıstığı, Bosniya şamı, linaria alpina, türk fındığı, sarı acıçiçək, payız vaxtsızçiçəyi, avropa öksəotu, giləvər kimi bitki növlərilə zəngindir.[4][5] Parkda canavar, tülkü, qaban, cüyür, vəhşi keçi, dovşan kimi böyük məməlilər, o cümlədən berqut, bayquşbildirçinçalan da daxil olmaqla çoxsaylı heyvan növü tapılır. Kiçik məməlilərə meşə süleysini və ağac siçanı daxildir.[6]

Milli parkdakı görməli yerlərə Osum kanyonu, Osum çayı və həm xristianların, həm də bəktaşilərin müqəddəs məkanı olan Tomorr massivi daxildir.

  1. 1 2 3 Nationally designated areas (CDDA) (ing.).
  2. "Vlerësimi Strategjik Mjedisor për Planin e Integruar Ndersektorial te Bregdetit" (PDF). planifikimi.gov.al (alban). səh. 44. 2017-10-28 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  3. IUCN, Ümumdünya Təbiəti Mühafizə Fondu, Plantlife. "Important Plant Areas of the south and east Mediterranean region" (PDF). portals.iucn.org (ingilis). səh. 75. 2019-02-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-25.
  4. "Biodiversity of the Albanian national parks and its problems" (PDF). ressources.ciheam.org. səh. 29. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  5. "Rare plants and their conservation status in Tomorri National Park" (PDF). zs.thulb.uni-jena.de. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  6. Tirana Universiteti. "Small terrestrial mammals of Albania: distribution and diversity (Mammalia, Eulipotyphla, Rodentia)" (PDF). zookeys.pensoft.net (ingilis). Tirana. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  • Bollobani, Elvira; Uruçi, Rudina. "Geotourism potentials of the National Park "Mali i Tomorrit"". International Journal of Geoheritage and Parks. Elsevier B.V. on behalf of Beijing Normal University. 7 (1). 2019: 15–23. doi:10.1016/j.ijgeop.2019.03.001.