Lloqora (alb. Parku Kombëtar i Llogarasë/Llogorasë) — Albaniyanın cənub-qərbində yerləşən milli park. Vlyora bölgəsinidə, Vlyora şəhərindən 40 km cənubda yerləşir. Ölkənin ilk yaradılmış milli parklarından biri. Park 1966-cı ilin 21 nayabrında yaradılıb.[1] Milli Parkın sahəsi 10,1 hektardır. Ərazinin 470 metrdən 2018 metrə qədər olan şimal hissəsini meşə örtüyü tutur.
Lloqara | |
---|---|
alb. Parku Kombëtar i Llogarasë | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 10 ha |
Yaradılma tarixi | 21 noyabr 1966 |
Yerləşməsi | |
40°12′52″ şm. e. 19°34′51″ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Region | Vlyora |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lloqara aşırımında meydana gələn hava axınları ərazidə bitən ağaclara qeyri-adi forma veriri. Bəzi ağaclar yer səthinə tam fərqli bir bucaq üzrə bitirlər. Məsələn "Bayraq şamı" ağacı.(alb. Pisha e Flamurit). Aşırım boyu uzanan yolda çoxlu turistlər üçün istirahət və gecələmə məntəqələri var. Milli parkın ərazisi piyada turizm həvəskarlarının sevimli məkanıdır. Parkda hər il beynəlxalq paraplan yarışları keçirilir.[2]
Bu region aralıq dəniz bitkilərinin müxtəlifliyi ilə seçilir. Park ərazisində alp və subalp çəmənlikləri, qara şam (Pinus nigra), Pinus heldreichii (Pinus heldreichii), makedoniya ağ şamı (Abies borisii-regis), göyrüş (Fraxinus) kimi ağac bitkiləri geniş yayılıb. Nadir və sayı azalmış növlərdən giləmeyvəli qaraçöhrə (Taxus baccata) və keçibuynuzu (Ceratonia siliqua) misal göstərmək olar.[3]
Park ərazisində müxtəlif kəpənək növlərinə də, rast gəlinir.[4]