Möhübəli əfəndi Kuzunvi[1] (1868, Kuzun, Hil rayonu – 1922 və ya 1928, Qıraqlı, Xaçmaz rayonu) — Azərbaycan pedaqoqu, filosofu, dinşünası və partizanı. Ləzgidir.
Möhübəli Əfəndi Kuzunvi | |
---|---|
Doğum tarixi | 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 1922 və ya 1928 |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Fəaliyyəti | maarifçi, filosof, partizan |
Vikianbarda əlaqəli mediafayllar |
Ləzgi xalqın qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştrakçısı, Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusar-ın Kuzun kəndində anadan olub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu "nadir insan" adlandırmışdır. Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə təhsil almışdır. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyə və dinə aid bir neçə kitab yazmışdır,[2]
lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən çaya atılmışdır. Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı belə məlumat vermişdi. Ümumilikdə o, Quba qəzasında 5 mədrəsə açmış, 18 məscidi təmir etdirmiş və bir məscid inşa etmişdi. Möhübəli əfəndi Azərbaycan Xalq Cümhuriyyəti-ni qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizəyə qalxmışdır. Əfəndinin silahlı dəstələri Quba qəzasının Aladaş düzündə 7 ay ərzində bolşeviklərin qarşısını kəsərək , onları Quba qəzasına buraxmamışdır. O, 1918-ci ilin may ayında Qubanın Digah kəndində erməni polkovnik A. Amazaspının rəhbərlik etdiyi bolşeviklər və daşnaklardan ibarət qoşunu darmadağın etmişdir. Möhübəli Əfəndi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da bolşeviklərə qarşı mübarizə aparırdı.[2]
Məhz buna görə Sovet hökuməti Möhübəli əfəndini 1922-ci ildə (digər mənbələrdə 1928-ci il) sui-qəsd etməklə qətlə yetirilmişdir. Möhübəli əfəndi Kuzunvi Xaçmazın Qıraqlı kəndinin yaxınlığında vəfat edir. Onun cəsədi isə yoxa çıxır. Bu günə kimi Möhübəli əfəndinin harada dəfn olunması haqda məlumat yoxdur. Kuzunvinin qətlindən sonra Sovet hakimiyyəti onun evini talan, ona aid əşyaları isə məhv etmişdir.[2]