Mübariz Məmmədhüseyn oğlu Bağırov (6 noyabr 1961, Şahbuz rayonu) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini dekan müavini və Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru.[1]
Mübariz Bağırov | |
---|---|
Mübariz Məmməd Hüseyn oğlu Bağırov | |
Doğum tarixi | 6 noyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
İş yerləri | Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Mübariz Bağırov 1961-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur[1]. 1968-ci və 1978-ci illərdə orta məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur[1]. 1985-ci ildə həmin institutu bitirmişdir[2]. 1981-ci və 1982-ci illərdə ordu sıralarında xidmət etmişdir[2]. 1986-cı və 1990-cı illərdə İqtisad Universitetinin aspiranturasında oxumuşdur[2]. 1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində və daha sonra Azərbaycan Sənayə-İnvestisiya Səhmdar-Konvensiya Bankının tikinti fialının müdiri olaraq işləmişdir[1][2]. 1993-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır[2]. 1995-ci və 1997-ci illər arasında Sankt Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində doktoranturada təhsil almış, 1997-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adı almışdır[2]. 1993-cü və 1998-ci illər arasında Sənaye İnvestisiya Bankının ixtisaslaşmış tikinti filialının müdiri vəzifəsində işləmişdir[2]. 1998-ci ildən bəri Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktorudur[1]. 2001-ci 2006-cı illər arasında Odlar Yurdu Universitetində Maliyyə kafedrasının müdiri vəzifəsində işləmişdir[2]. 2006-cı və 2009-cu illər arasında Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutunda baş elmi işçi, Elmlər Akademiyasının iqtisadiyyat institutunda baş elmi işçi olaraq işləmişdir[1][2]. 2011-ci ildən İqtisad Universitetinin "Bank işi" (indiki "Maliyyə və maliyyə institutları") kafedrasının professorudur[2]. Hazırda Maliyyə və mühasibat fakültəsini dekan müavinidir[2]. İqtisad Universitetində pedaqoji fəaliyyət də göstərir[1]. Bakı müstəqil milli bank sisteminin təşəkkülünün və inkişaf etdirilməsinin siyasi və iqtisadi sosial şərtlərinin yaradılmasının nəzəri və metodoloji problemləri, postsosialist bank sisteminin bazar tipli milli sistemə transformasiyası konsepsiyası sahəsində tədqiqatlar aparır.[1]
Ailəlidir, üç övladı var.[2]