Asiman Quliyev

Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020).[1]

Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev
bayraq
Lerik rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
15 iyul 1992 – 16 dekabr 1993
ƏvvəlkiBabalı Ağayev
SonrakıAtaxan Şiriyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
İxtisası İqtisadçı
Fəaliyyəti ADİU-nin dekanı
Atası Aydın Quliyev
Həyat yoldaşı Lalə Amanova
Uşağı 1 övladı var
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi İqtisadi elmlər namizədi, dosent
İş yeri ADİU

Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.

1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur.

1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.[2]

1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir.

2006-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Türk dünyası işlətmə" fakültəsinin dekan müavini olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyat və sənaye" fakültəsinin dekanıdır.

60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, RusiyadaÇexoslovakiyada nəşr olunmuşdur. Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir. Ailəlidir, 1 övladı var.

  1. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  2. A. A. Quliyevin Lerik rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı[ölü keçid]