Mübariz Balağa oğlu Rzayev (20 may 1968, Lənkəran) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun sabiq komandanı, 2020-ci il Vətən müharibəsinin komandanlarından biri.
Mübariz Rzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1968 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Xidmət illəri | 1991–2021 |
Rütbəsi |
General-mayor |
Döyüşlər | |
Təltifləri |
Mübariz Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub.
Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[1]
Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[2]
General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5][6][7][8]
2021-ci il martın 21-də 3-cü Ordu Korpusunun komandanı təyin olunub.
Mübariz Rzayev 17 dekabr 2021-ci ildə vəzifəsindən azad olunub. Rzayev öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.[9]