3-ci Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir.
3-ci Ordu Korpusu | |
---|---|
Növü | Motoatıcı |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Quru Qoşunları |
Qərargah | Şəmkir |
Müharibələr |
Qarabağ müharibəsi 2012-ci ildə Azərbaycan-Ermənistan münaqişələri İkinci Qarabağ müharibəsi |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri |
Komandanlıq | |
Komandir | Oruc Abdullayev |
Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir.[1] Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4-5 il həbs cəzası çıxarır.[2] 2018-ci ilə qədər 3-ci Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər.[3] Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur.[4] 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.[5]