Müqəddəs Nino

Müqəddəs Nino(gürc. წმინდა ნინო, ts'minda nino; erm. Սուրբ Նունե, Surb Nune; yun. Αγία Νίνα Agía Nína; bəzən Müqəddəs Nyun və ya Müqəddəs Nini də deyilir; 296, Kappadokiya, Mərkəzi Anadolu regionu27 yanvar 335, Bodbe monastırı, Kaxetiya)- Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran, Həvarilərə BərabərGürcüstanı Aydınladan kimi titulların sahibi dindar qadın.[2]

Müqəddəs Nino
gürc. წმინდა ნინო
Müqəddəs Nino pravoslav ikonası
Müqəddəs Nino pravoslav ikonası
Doğum tarixi 280-cı il
Doğum yeri Kolastra, Kappadokiya
Vəfat tarixi 332-ci il
Vəfat yeri Bodbe, Kaxetiya
Müqəddəsləşdirilib Qədim Şərqi Pravoslav kilsəsi
Şərqi Pravoslav kilsəsi
Roma-Katolik kilsəsi
Şərqi Katolik kilsəsi
Xatirə günü 14 yanvar[1], 15 dekabr[1], katolisizm, şərqi ortodoks xristianlıq, 27 yanvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir sıra tarixi məlumatlara görə o, Kappadokiyanın Kolastra şəhərindən olan yunan dilli Roma ailəsinə mənsub idi. Bəzi mənbələr onun Müqəddəs Georginin qohumu olduğunu iddia edir.[3] Başqa mənbələrdə onun Romadan, Qüdsdən və ya Qauldan (müasir Fransa) olduğu iddası öz əksini tapır.

Uşaq yaşlarında betlehəmli rahibə Nifora-Sarah tərəfindən dini dərslər aldı. Böyüdükçə Qüds patriarxı əmisi Ninonun dini təhsil-tərbiyəsinə nəzarət edirdi.[4] Əmisinin köməyiylə Nino Romaya gəldi və burada İberiyada xristianlığı təbliğ etməyə qərar verdi. Hətta bir rəvayətdə yuxuda Hz. Məryəmin ona qrapevin xaçı verməsi və İberiyaya getməli olduğu qeyd olunur. Ancaq, bunun əksinə, Roma Katolik mənbələrində Ninonun bura öz istəyiylə yox, əsir kimi gətirildiyi və ailə şəcərəsinin bilinmədiyi düşünülür.[5]

Müqəddəs Nino 320-ci ildə İberiyanın cənub sərhədlərinə çatdı. İlk olaraq Axalkalakiyə, oradan Urbnisiyə, daha sonra da İberiyanın paytaxtı Msxetaya gəldi. Rəvayətə görə, o, burada xristianlığı öncədən eşitmiş kraliça Nanayla görüşərək onun uzun müddət dəvam edən xəstəliyinə möcüzəvi şəfa tapdı və gürcü kraliçası Nana xristianlığı qəbul etdi. Arvadının xristian olmağını qəbul edə bilməyən İberiyanın bütpərəst kralı Kral III Mirian rəvayətlərə görə bir gün ovda olarkən hər tərəfin qaranlıqlaşdığını və sadəcə xristianlığa iman etdikdən sonra ətrafın aydınlandığını görməsindən sonra o da, xristian oldu.[6] 327-ci ildə Mirian xristianlığı rəsmi din elan etdi və Nino ölənə qədər gürcülər arasında missionerlik fəaliyyətini davam etdirdi.

Onun məzarı hələ də Gürcüstanın şərqindəki Kaxeti bölgəsindəki Bodbe monastırında göstərilir.[2] Müqəddəs Nino gürcü pravoslav kilsəsinin ən hörmətli müqəddəslərindən birinə çevrildi və onun atributu olan qrapevin xaçı gürcü xristianlığının simvolu idi.

  1. 1 2 https://nominis.cef.fr/contenus/saint/260/Sainte-Nino.html.
  2. 1 2 Бодбийский монастырь  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. Orthodox Church of America - Arxiv surəti 20 mart 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-03-20 at the Wayback Machine
  4. "Full Account of Lives of Georgian Saints (in Russian)". 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  5. Rufinus 1997 = The Church History of Rufinus of Aquileia, Books X and XI, transl. by Philip R. Amidon, New-York – Oxford.
  6. Isoelian, P. A Short History of the Georgian Church. Saunders, Otley, and Co., London: 1866.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]