Müqəddəs Varvara kafedralı

Müqəddəs Varvara kafedralı (çex. Chrám svaté Barbory) — Çexiyanın Kutna Hora şəhərinin mərkəzində yerləşən roma-katolik kilsəsi. Qotik üslublu kilsə 1388-1558-ci illər arasında inşa olunmuşdu. Kafedral Mərkəzi Avropanın ən məşhur qotik kilsələrdən biridir.

Müqəddəs Varvara kafedralı
çex. Chrám svaté Barbory
Xəritə
49°56′41″ şm. e. 15°15′49″ ş. u.
Ölkə  Çexiya
Şəhər Kutna Hora
Yerləşir Orta Çexiya vilayəti
Aidiyyatı Roma-Katolik kilsəsi
Sifarişçi I Yustinian
Tikilmə tarixi 1388-ci il
Üslubu Qotika
Uzunluğu
  • 70 m
Eni 40 m
Rəsmi sayt kutnahora.cz
TipiMədəni
Kriteriyaii, iv
Təyin edilib1995
İstinad nöm.732
DövlətÇexiya
RegionAvropa
İstinad nöm.2-1043
KateqoriyaKilsə
Müqəddəs Varvara kafedralı (Çexiya)
Müqəddəs Varvara kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1995-ci ildə Varvara kafedralı ətrafdakı komplekslə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Kuttenberq (Kutna Hora) müqəddəs Varvara (Barbora) kafedralının planı

1388-ci ildə Kutna Hora şəhərində mədənçilərin himayədarı sayılan müqəddəs Varvaranın (Barbora) şərəfinə möhtəşəm kilsənin tikintisi başlanılmışdır. X əsrdə hazırkı bu ərazidə gümüş filiz yataqları aşkar edilməsi, Kutna Hora şəhərinin yaranmasının əsas səbəblərdən biri idi. Üç əsr sonra isə burada artıq gümüş mədənçıxarma güclü inkişaf etmişdi və şəhər o zamanın ən sabit Avropa valyutalarından biri sayılan Praqa qroşunun zərb mərkəzinə çevrilmişdi. İstehsal işləri elə yaxşı gedirdi ki, XIV-XV əsrdə yerli "Eşşək" minası Ginnesin Rekordlar Kitabına daxil ola bilərdi - 500 metr dərinliyə çatmış mədən, dünyanın ən dərin minalarından biri sayılırdı. Məhz gümüş filizi çıxarılan mədənlərdə işləyən bu insanlar, kafedralın tikintisi üçün öz himayədarlığı irəli sürmüşdülər. Nəticədə kilsə Praqa kapituluna məxsus şəhər divarlarından kənarda, yəni Sedlets monastırının yurisdiksiyası xaricində əsası qoyulmuşdu. Tikintinin ilk işləri 1388-ci ildə Praqada yerləşən müqəddəs Vit kafedralını tikən məşhur inşaatçının oğlu Yan Parlerjin rəhbərliyi altında başlamışdı. Varvara kafedralı öz görünüşü ilə həmin Praqa kilsəsinə çox bənzəyir və bu da təsadüfi deyil. Kutnohorlular həddindən artıq Praqa sakinləri ilə "bərabər" səviyyədə olmaq istəyirdilər, buna görə də seçim məhz memar Parlerjə düşdü. Bir sıra mənbələrə əsasən, Parlerj hazırdakı kilsədən iki dəfə böyük və hündürünü inşa etmək istəyirdi. Tikinti işləri sürətlə başlamışdı - dörd il sonra kilsə hazırkı binanın yarısına qədər yüksəlmiş və onun daxilində 15 altar təqdis edilmişdi. Hər bir altara isə ayrıca olaraq bir kahin təyin olunmuşdu. Lakin Parlerjin planları həyata keçməmişdi. 1419-1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirilən reformasiya xarakterli Qusçular hərəkatı nəticəsində kilsənin inşası 60 il müddətində dayandırmışdı və yalnız 1482-ci ildə onun tikintisi yenidən başlanılmışdı.

Praqa ustalarının fəaliyyəti ilə bağlı iş gedişi zamanı əsl dəyişiklik əvvəlcə Matiaş Reysekin, daha sonra isə Benedikt Reytin başçılığı altında həyata keçirilmişdi. Matyaş Reysek nəinki görkəmli memar, həm də bir tərtibatçı kimi şöhrət qazanmışdı. Onun adı Praqada yerləşən Barıt qülləsinin tikintisi ilə bağlıdır, o Kutna Horada da özünün sənətkarlıq biliklərini mükəmməl istifadə etmişdi.

Reysekin davamçısı sayılan Benedikt Reytin dövründə kilsədə fundamental dəyişikliklər baş vermişdi. Reyt cəsarətlə Parlerjin 5 nefli planlaşdırmasını 3 neflə əvəzləmişdi, onun üzərində isə o daha öncə Praqa qəsrinin Vladislav zalında da istifadə etdiyi oyma kənarları olan monumental tağ ucaltmışdı. Reytin layihəsinə əsasən tikinti işləri onun ölümündən də sonra davam etmişdi. İddia olunurdu ki, bu ilk öncə Müqəddəs Vit kafedralı üçün nəzərdə tutulmuş layihə idi. Eyni zamanda gümüş hasilatının azalması ilə maliyyə mənbələri də tədricən tükənmişdi. Bu mənbələrin tamamilə tükənməsindən sonra, 1558-ci ildə yarımçıq kilsə qərb tərəfdən müvəqqəti divar ilə bağlanmışdır. 1626-cı ildə, kafedral İyezuit ordeninin idarə olunması üçün təhvil verilmişdi və bundan sonra kilsə barokko üslubunda əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayaraq yenidən qurulmuşdu. Buna baxmayaraq, kilsə yenə də yarımçıq qalmışdı.

1884-cü ildə, yerli Arxeoloji Cəmiyyətinin təşəbbüsü ilə, şəhər kilsənin sonrakı tikinti işlərinə start vermiş və yalnız 1905-ci ildə sona çatdırmışdı. Beləliklə, müqəddəs Varvara kilsəsinin düz 517 il gözlədiyi tikinti işləri nəhayət sona çatmışdı.

Kilsə vitrajları

[redaktə | mənbəni redaktə et]
Müqədəs Varvara kafedralının vitrajlarından bir nümunə.

Kilsənin vitrajları onun əsas qüruru sayılır. Onların üzərində Kutna Hora və Çexiya Krallığının tarixinə aid müxtəlif səhnələri təsvir edir və XIX-XX əsr ayrıcında kafedralın bərpasında əməyi olan insanlar haqqda xatirələri özündə ehtiva edir. Günəş şüaları vitraj şüşələrin arasından keçərək kafedralda təsviredilməz atmosfer yaradır.

1990-2000-ci ildə kilsədə genişmiqqyaslı bərpa işləri həyata keçirilir və vitrajlara əvvəlki təravətlik qaytarılır.

500 illik tarixi irs

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Varvara kafedralının memarlığı özündə Çexiyada inkişaf etmiş qotik üslubu haqqında əyani bir vasitə sayıla bilər. Barokko üslublu sənət əsərlərindən başqa, kilsə interyerinə presbiteridə yerləşən Matiyaş Raysekin emalatxanasında 1510-cu ildə hazırlanmış sanktuari, həmçinin 1480-1490-cı illərə aid usta Nimburqlu Yakubun nəfis qotik naxışlarla bəzədilmiş xor skamyaları da daxildir. Kilsə tək insanlar üçün deyil, həmçinin tanrının izzəti üçün də inşa olunmuşdu. Durbin ilə silahlandıqda, sütunların üstünün və tağların altının bəzədilmiş fantastik faunasını - cin, harpiya, qanadlı qoyun və quruqurbağalarını görmək olar. Kilsənin cənub hissəsində yerləşən sütünlardan birində meymunun kiçik heykəli yerləşir. Meymun əlində portağal saxlayır - bu, Çex heykəltəraşlığında portağalın ilk görüntüsü sayılır. Kafedralın kapellalarında dağ mövzulu görkəmli və müstəsna orta əsr incəsənətinə aid gotik fresklər təqdim olunmuşdu. Bunlardan ən qiymətliləri - Səba kraliçasının gəlişi, Trayan Məhkəməsi, Kumlu Sivilla və digərləri Vrhoviştli Mihal Smişekin türbə-kapellasında yerləşir. Kilsənin rəssamlığı qotika üslubunun ən yaxşı nümunələrindən sayılır. Burada Holland incəsənət məktəbi ilə əlaqə hiss olunur. Bu da fresk müəllifinin Hollandiyada təhsil aldığı ehtimal olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]