Müqəddəs Vatslav kafedralı və ya Müqəddəs Vatslavın mitrpolit kilsəsi (çex. Katedrála svatého Václava) – Çexiyanın Moraviya vilayətinin Olomouts şəhərinin mərkəzində yerləşir. Qədim kilsə Roma-Katolik arxiyepiskopluğuna mənsubdur və Çex torpaqlarında neoqotika memarlığının ən gözəl nümunələrindən biri hesab olunur. Kilsənin tikintisi 1100-cü ildə başlamış və 1131-ci ildə təqdis edilmişdir. O Mərkəzi Avropa orta əsr memarlığının incilərdən biri sayılır. Ətrafda yerləşən meydanın adı 1929-cu ildə Müqəddəs Vatslavın min illik yubileyi münasibətilə rəsmi şəkildə dəyişdirilmişdi.
Müqəddəs Vatslav kafedralı | |
---|---|
Katedrála svatého Václava | |
49°35′52″ şm. e. 17°15′45″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Olomouts |
Yerləşir | Vatslav meydanı |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Olomouts yeparxiyası |
Tikilmə tarixi | 1130–1140 |
Üslubu | neoqotika |
Hündürlüyü | 100,65 m |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | katedralaolomouc.cz |
İstinad nöm. | 8-3752 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Vatslav kafedralının tikintisi XII əsrin əvvəlində (1104-1107-ci illərdə) Olomouts knyazı Svyatopolk tərəfindən başladılmışdır. Tikinti işləri daha sonralar Svyatopolkun oğlu Vatslav tərəfindən davam etdirilmişdir[1]. O 1130-cu ildə ölümündən əvvəl kilsənin tikintisini yepiskop Yindrjix Zdikova əmanət etmişdir. Hələ bitməmiş kilsə 30 iyun 1131-ci ildə müqəddəs Vatslavın xatirəsinə təqdis edilmişdir. Yalnız 1141-ci ildə kilsənin inşası başa çatdırılmış və həmin ildə, o kafedral statusu əldə etmişdir. İlk öncə roman üslubunda təqdim olunan 3 nefli bazilika özünün təxminən səkkiz yüz tarixi ərzində dəfələrlə yenidənqurulma işlərinə məruz qalmışdı. Günümüzə qədər o dövrdən xarici divarları yalnız bir hissəsi, künc qüllələrin binövrəsi və kripta (yəni sərdabə) qorunub saxlanılmışdı.
Müqəddəs Vatslavın ilkin görünüşü yepiskop Yindrjix Zdikovun damğasında əks olunmuşdur. Kafedralın əsas, yəni orta nefi müqəddəs Voytexin kriptası yerləşdiyi və şimal nefindən girişi olan yarımdairəvi apsidlə tamamlanırdı. Kilsənin qərb fasadını künc neflərin iki qülləsi bəzəyirdi. O zamanlar tikilinin uzunluğu 50, eni isə 20 metr idi.
1204-cü ildə kafedral yandırılmışdır və onun bərpa işləri yepiskop Robertin sifarişi ilə roman-qotik üslubunda başlamışdır. 62 ildən sonra başqa bir yanğın kilsəni tamamilə məhv etmişdir. Üç nefli kafedralın yeni binası əvvəlki kilsənin perimetri boyunca erkən qotika üslubunda ucaldılmışdır. Bu dövrdə, bizim günlərə qədər salamat qalan nefayırıcı sütunlar quraşdırılmışdır. Roman qüllələri və sərdabə də o dövrdən bu yana qorunmuşdur. Kafedralın tikinti işləri XIV əsr boyunca davam etmişdir.
1515-ci ildə, yəni yepiskop Stanislav Turzonun dövründə kafedralının yanında intibah üslubunda kiçik presviteri inşa olunmuşdu. XIV əsrin sonunda yepiskop II Stanislav Pavlonskinin sifarişi ilə intibah təzli eyniadlı kapellanın, cənub tərəfdə isə üçüncü qüllənin tikintisi başlamışdır. 1616−1618-ci illərdə kardinal Ditrixşteynli Frantişek köhnə Turzo prisviterisinin yerində erkən barokko üslubunda daha böyüyünü (35x23x23 metr) inşa etdirmiş, bununla da məbədin ümumi sahəsini artırmışdır. Elə həmin dövrdə prisviterinin altında yeni iki mərtəbəli sərdabə tikilmişdir.
1803-cü ildə dəyən ildırım səbəbindən kilsədə yanğın baş verir və onun qüllələrinin 3-cü də məhv edilmişdir. Onların əvəzinə inşaatçılar kilsənin qərb fasadında tək mərkəzi qüllə inşa etmişdirlər. XIX əsrin sonunda, kardinal Fürstenberqli Bedrjixin dövründə, kilsənin Köln kafedralına bənzəməsi üçün o neoqotika üslubunda yenidən qurulmuşdur. Kilsənin qərb fasadı tamamilə dəyişdirilmişdir. 68 metrlik iki yeni qüllələr, habelə hündürlüyü 100.68 metrə bərabər olan cənub qülləsi tikilmişdir; bununla da Müqəddəs Vatslav kafedralı Moraviyanın ən yüksək, Çexiyanın isə ikinci ən hündür tikilisinə çevrilmişdi.
Kafedral Olomouts şəhərinə xüsusi görünüş və fərqləndirici xüsusiyyət verir, onun 100,65 metr[2][3] hündürlüyə malik əsas qülləsi isə şəhərin dominantı, Çexiyada ikinci ən yüksək qülləsi və ümumiyyətlə Çex Respublikasının ən yüksək neoqotik kilsəsi hesab olunur. Kafedralda Müqəddəs Vatslava həsr olunmuş və Moraviyanın ən böyük zəngi yerləşir.
Kilsənin tərkib hissəsi sayılan müqəddəs Stanislav kapellasının içərisində yepiskop Kuenin bürünc məzar daşı, Olomoutslu Prjemısloviçlərin isə mərmər başdaşısı yerləşir. Kilsənin şimal fasadı neoqotik üslubda ciddi yenidənqurma işlərinə məruz qalmışdı. Kirill və Mefodi kapellası, qotik keşiş cübbə saxlanğacı Vatslav kafedralına birləşik vəftizçi Yəhya kapellası ilə ümumi anfilada təşkil edir. Kilsənin fresk bəzəkləri Yohann Kristof Handke tərəfindən yaradılmışdı.
Kafedralın yaxınlığında keçmişdə Prjemıslov adı ilə tanınan roman üslublu Zdikuv sarayı, ona bitişik ərazidə isə Olomouts yepiskoplarının seçkiləri keçirilən, manyerizm tərzli müqəddəs Anna kapellası və müqəddəs Varvara kapellası (kapella əvvəllər Berqfrit qalasının roman üslublu qülləsi idi) yerləşir. Kafedralın nef və sərdabəsi turistlərin ziyarətinə tam açıqdır.
Keşişin uyuduğu sərdabə iki mərtəbədən ibarətdir. Sərdabənin üst mərtəbəsi ictimaiyyətə açıqdır. Alt mərtəbə isə qalıqlarının qorunub saxlanmasını tam olaraq təmin etmək məqsədilə bağlıdır. Sərdabədə Ditrixşteynli Frantişek, Lixtenşteyn-Kastelkornlu II Karel və Mariya Tadeaş Trauttmansdorff kimi tanınmış yepiskop və arxiyepiskoplar dəfn olunmuşdurlar. Burada həmçinin tanınmış arxiyepiskop və Avstriya Ershersoqu Rudolf İohannın ürəyi saxlanılır. XIX əsrin sonunda Kafedralda baş vermiş inşaat işləri onun döşəməsinin altında roman üslublu sərdabənin aşkar olunmasına səbəb olunmuşdu.
Kapella Vatslav kafedralının cənub qülləsinin birinci mərtəbəsində yerləşir. Kapellanın daxilində 3 kardinalın (Fürstenberq, Bauer və Skrbenski) bədii tərtibatlı məzar daşları yerləşir. Kardinal Skrbenski əvvəllər həvari idarəçi Monsinyor Yozef Vranın kapellasında dəfn edilmişdir.
1582–1591-ci illərdə yepiskop Stanislav Pavlovskinin sifarişi ilə inşa olunmuş ailə türbəsi zəngin heykəltaraşlıq və dekorativ elementlər ilə bəzədilmişdir. Çexiya bir sıra şəhərlərinin mərkəzində həmin ailənin intibah dövrünə aid bir neçə böyük evləri var idi. İntibah tərzində hazırlanmış gözəl portal bürünc dekorativ heykəl və məhəccər ilə bəzədilmişdi. Hal-hazırda, kapella Yevxristianın qorunub saxlanması üçün istifadə olunur. Kapellaya giriş son iki Olomouts şahzadələrinin məzar daşları ilə bəzədilib.
Başlanğıcda Kirill və Mefodi adı ilə tanınan qotik kapellanın yaranması hələ XIV əsrdən məlumdur. Son barokko üslublu kapella XVII-XVIII əsrlərdə yeni altar və zəngin heykəltərşlıq nümunələri ilə bəzədilmişdir. Loreta adı Casa Santa əfsanəsinə köklənir. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliynın Loretta şəhərinə öz qanadlarında aparmışdılar. Müqəddəs Məryəmin həyatı haqqda bəhz edən nəfis fresklər Y.K. Handke tərəfindən yaradılmışdı.