Olomouts

Olomouts (çex. Olomouc; alm. Olmütz‎) — Çexiyanın Olomouts diyarındə şəhər.

Şəhər
Olomouts
Olomouc
Bayraq Gerb
Bayraq Gerb
49°35′38″ şm. e. 17°15′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1017
İlk məlumat 1055[1]
Sahəsi
  • 103,334582 km²[3]
Mərkəzin hündürlüyü 219 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 102.293 nəf. (1 yanvar 2024)[4]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 779 00[5], 783 01[5], 783 35[5]
Nəqliyyat kodu M
Digər
olomouc.eu
Xəritəni göstər/gizlə
Olomouts xəritədə
Olomouts
Olomouts
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olomouts şəhəri Çexiyanın şərqində, Moraviya tarixi bölgəsinin mərkəzində, Morava (alm. Moldau‎) çayının hər iki sahilində yerləşir. Şəhərin əhalisi yüz minə yaxındır. Bundan başqa, Olomoutsda yerləşən Palatski Universitetində on mindən artıq tələbə təhsil alır.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Memarlıq abidələrinin sayına görə Olomouts Praqadan sonra Çexiyanın "irs xəzinəsi" hesab edilir.

Şəhərin ən tanınan abidələrindən biri Şəhər Ratuşası sayılır (XV əsr). Binanın hündürlüyü 75 metrdir. Binanı astronomik saat kurantları bəzəyir. Qotik üslubdakı Müqəddəs İeronim kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Müqəddəs Vatslav kafedralı

Olomouts Moraviyanın dini mərkəzi hesab edilir. Şəhərin ən möhtəşəm kilsəsi - Vatslav kilsəsidir. Kilsə çex qotik üslubunda inşa edilmiş və hündürlüyünə görə (100,65 m) Çexiyanın ikinci ən böyük dini tikilisidir. Kilsənin yaxınlığında Prjimıslov sarayı yerləşir. Sarayda saxlanılan artefaktların sayına görə Prjimıslov Luvrla bir sıradadır.

Dominikan ordeninə məxsus Mixail kilsəsi öz barok naxışları ilə insanı heyran edir. Şəhərin qüruru - onun fəvvarələridir. Bir çox fəvvarələr barokko üslubunda hazırlanıb. Beş fəvvarə Roma tanrılarına ithaf edilib: Zevs, Neptun, Triton, Herakl və Yuli Sezara. Sonuncu, əfsanəyə görə, şəhərin əsasını qoyub.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Məşhur sakinləri

[redaktə | mənbəni redaktə et]