Müqəddimə (ərəb. مقدّمة ; "Giriş "), həmçinin İbn Xəldunun Müqəddiməsi (ərəb. مقدّمة ابن خلدون ) və ya və ya İbn Xəldunun Proleqomenası (q.yun. Προλεγόμενα ) kimi də tanınır) — ərəb tarixçisi İbn Xəldun tərəfindən 1377-ci ildə yazılmış və ümumbəşəri tarixə baxışı təqdim edən kitab[ 2] Bəzi müasir mütəfəkkirlər ona sosiologiya , [ 4] demoqrafiya ,[ 4] və mədəniyyət tarixi kimi ictimai elmlər üzrə yazılmış ilk əsər kimi baxırlar.[ 5] “Müqəddimə” həmçinin İslam ilahiyyatı, tarixşünaslıq , tarix fəlsəfəsi , iqtisadiyyat,[ 6] siyasi nəzəriyyə və ekologiya sferalarını da əhatə edir.[ 7] O, həmçinin sosial darvinizmin ,[ 8] və darvinizmin carçısı və ya erkən nümayəndəsi kimi də qəbul edilir.
İbn Xəldun bu əsəri 1377-ci ildə özünün dünya tarixinə dair planlaşdırdığı əsəri olan Kitab əl-'İbarın ("Dərslər kitabı") müqəddiməsi və ilk kitabı olaraq yazmışdır. Lakin artıq onun sağlığında müstəqil əsər kimi qəbul edilmişdir.
Müqəddimə 6 bölmədən ibarətdir:[ 10]
İqlimlərin və qidalanmanın insan təbiəti və mədəniyyətlərə təsiri,
Köçəri və oturaq mədəniyyətlərin müqayisə edilməsi və iki mədəniyyət arasındakı ziddiyətlərin sosial nəticələri,
Dövlətlərin yaranması və çöküşü, səltənət, xilafət və krallıq etmənin şərtləri və qaydaları,
Kənd və qəsəbə həyatı ilə abadlaşdırma fəaliyyətləri və bunun İslam dövləti ilə əlaqəsi,
Dövrün əsas peşələri, dolanışıq vasitələri, sənət, ticarət, əkinçilik və inşaat kimi iqtisadi fəaliyyətlər.
Elmlərin təsnifatı, təhsil metodları
↑ Moin M. فرهنگ فارسی معین . Amir Kabir Publishers , 1972.
↑ Ruud, Jay. The Muqaddimah // Encyclopedia of medieval literature (2nd). New York. 2014. ISBN 978-1-4381-4974-5 . OCLC 974769342 .
↑ 1 2 H. Mowlana (2001). "Information in the Arab World", Cooperation South Journal 1 .
↑ Mohamad Abdalla (Summer 2007. "Ibn Khaldun on the Fate of Islamic Science after the 11th Century", Islam & Science 5 (1), p. 61-70.
↑ Jean David C. Boulakia (1971), "Ibn Khaldun: A Fourteenth-Century Economist", The Journal of Political Economy 79 (5): 1105–1118.
↑ Ahmad, A. New Age Globalization: Meaning and Metaphors . Springer. 3 July 2013. ISBN 9781137319494 . İstifadə tarixi: 25 February 2017 – Google Books vasitəsilə.
↑ Baali, Fuad. Society, State, and Urbanism: Ibn Khaldun's Sociological Thought . SUNY Press. 1 January 1988. ISBN 9780887066092 . İstifadə tarixi: 25 February 2017 – Google Books vasitəsilə.
↑ Süngü 2009 Arxivləşdirilib 2012-11-19 at the Wayback Machine , səhifə 8