Ermənistanın Dövlət Müstəqilliyi günü (erm. Հայաստանի Անկախության օրը) — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir.
Müstəqillik günü | |
---|---|
| |
Ölkə | |
Növ | Dövlət |
Qeyd olunmağa başlayıb | 1991 |
Tarix | 21 sentyabr |
Vikianbarda əlaqəli mediafayllar |
23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir.[1] 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı.[2][3]
Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.[4]
Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilmişdir.[5] 1996-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 5-ci ildönümünü qeyd edirdi.[6] 2006-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 15-ci ildönümünü qeyd edirdi. Hərbi parad Müdafiə Naziri Serj Sarkisyan və Mikael Arutyunyanın əsgərlərin bayramlarını təbrik etmələri ilə başlamışdır.[7][8] 2011-ci ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 20-ci ildönümünü qeyd edirdi.[9][10][11] Hərbi parada Seyran Ohanyan və Yuri Xatçaturov nəzarət edirdi.[12] 2016-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edirdi. Bu hərbi parad Ermənistan tarixində keçirilən ən böyük hərbi parad idi.[13][14] Parada Andranik Maqariyan nəzarət edirdi. Hərbi parada ABŞ, Almaniya, İtaliya, Polşa və Yunanıstandan olan beynəlxalq sülhməramlı briqadanın qüvvələri də iştirak etmişdi.[15]
İl | İştirakçı | Ölkə/Təşkilat |
---|---|---|
2011 2016 |
102-ci Rusiya Hərbi Bazası | Rusiya |
2016 | Beynəlxalq sülhməramlı briqada | Polşa ABŞ Almaniya İtaliya Yunanıstan |
Ermənistanın müstəqillik günü Rusiya, Livan və ABŞ-da yaşayan ermənilər tərəfindən də qeyd olunur.[16]