Müxtəlif Sahillərdə (1926)

Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film.

Müxtəlif sahillərdə
Janr detektiv
Rejissor Aleksandr Litvinov
Ssenari müəllifləri Aleksandr Litvinov
P.Vaynşteyn
İvan Tartakovski
Baş rollarda Mirzəağa Əliyev
Mustafa Mərdanov
Nadejda Vendelin
Mikayıl Mikayılov
Sergey Trotski
Pyotr Kirillov
Operator İvan Tartakovski
Rəssamlar A.Plaksin
Mixail Vlasov
İstehsalçı Azdövlətkino
İlk baxış tarixi 1 aprel 1926
Filmin digər adı Əlbəyaxa
Filmin növü tammetrajlı bədii film
Müddət 65 dəq.
Ölkələr SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 7 hissə
1779 metr
Rəng ağ-qara

Məzmun[redaktə | mənbəni redaktə et]

Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Aleksandr Litvinov
Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski
Operator: İvan Tartakovski
Rəssam: A.Plaksin, Mixail Vlasov

Rollarda[redaktə | mənbəni redaktə et]

Mirzəağa Əliyev — Amerikan fəhləsi
Mustafa Mərdanov — Abbas
Nadejda Vendelin
Mikayıl Mikayılov
Sergey Trotski
Pyotr Kirillov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.