Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film.
Müxtəlif sahillərdə | |
---|---|
Fayl:Müxtəlif sahillərdə (film, 1926).jpg | |
Janr | detektiv |
Rejissor | Aleksandr Litvinov |
Ssenari müəllifləri |
Aleksandr Litvinov P.Vaynşteyn İvan Tartakovski |
Baş rollarda |
Mirzəağa Əliyev Mustafa Mərdanov Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov |
Operator | İvan Tartakovski |
Rəssamlar |
A.Plaksin Mixail Vlasov |
İstehsalçı | Azdövlətkino |
İlk baxış tarixi | 1 aprel 1926 |
Filmin digər adı | Əlbəyaxa |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz |
Texniki məlumatlar |
7 hissə 1779 metr |
Rəng | ağ-qara |
Film neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir.