Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi.[1]
Məcid Behbudov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1945 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşaqları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Janr | muğam |
Vikianbarda əlaqəli mediafayllar |
Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir.[2] 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir.[3] O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir.[4]
Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır. Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış etmişdir.[5]
Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat etmişdir.[6]