Mədənçi-Neftçi İstirahətdə və Müalicədə (1924)

Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur.

Mədənçi-neftçi istirahətdə və müalicədə
Janr komediya
Rejissor Aleksandr Litvinov
Ssenari müəllifləri Aleksandr Litvinov
Pavel Velski
Baş rollarda Pavel Velski
Vladimir Leqoşin
Operator V.Lemke
İstehsalçılar AFKİ
"Kino-Mədənçi" Studiyası
İlk baxış tarixi 1924
Filmin növü tammetrajlı bədii film
Müddət 58 dəq.
Ölkələr SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 5 hissə
1607 metr
35 mm
Rəng ağ-qara

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmdə xronikal kadrlardan da istifadə edilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski

Quruluşçu rejissor: Aleksandr Litvinov
Quruluşçu operator: V.Lemke

Rollarda[redaktə | mənbəni redaktə et]

Pavel Velski
Vladimir Leqoşin

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 38.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.