Mədəniyyət attaşesi

Mədəniyyət attaşesi — bir ölkənin xaricdəki diplomatik nümayəndəliyində çalışan və əsas vəzifəsi həmin ölkənin mədəniyyətini təbliğ etmək olan diplomatik əməkdaş. O, öz ölkəsinin mədəni irsini, incəsənətini, ədəbiyyatını, musiqisini və digər mədəni fəaliyyətlərini tanıtmaq, iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün çalışır. Mədəniyyət attaşesi, tez-tez mədəni tədbirlər, sərgilər, festivallar təşkil edir və yerli mədəniyyət təşkilatları ilə əməkdaşlıq edir. Onlar həmçinin öz ölkələri haqqında daha geniş məlumat yaymaq və mədəniyyət vasitəsilə ölkələrinin imicini beynəlxalq arenada yaşılaşdırmaq üçün fəaliyyət göstərir.[1][2]

Vəzifə və öhdəlikləri

[redaktə | mənbəni redaktə et]

Mədəniyyət attaşesinin vəzifə və öhdəlikləri ölkədən asılı olaraq mütəlif ola bilər. Başlıca vəzifələrindən biri xarici ölkələrlə mədəni əməkdaşlıq layihələri həyata keçirməkdir. İki ölkə arasında incəsənət, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində mübadilə proqramlarını təşviq etmək də vəzifələri sırasındadır. Eyni zamanda xarici ölkələrdəki mədəniyyət təşkilatları, universitetlər və digər qurumlarla əlaqələr qurur. Mədəniyyət attaşesi xarici ölkələrdə mədəniyyət siyasətini izləyərək ölkəsinin mədəni siyasətinin həyata keçirilməsinə kömək edir. Mədəniyyət sahəsindəki trendləri və dəyişiklikləri təhlil edərək ölkəsinin mədəniyyət strategiyasını uyğunlaşdırmaq üçün məsləhətlər verir. Mədəniyyət layihələri və tədbirləri üçün sponsorlar, dəstəkçilər və tərəfdaşlar tapmaq, maliyyələşdirmə ilə bağlı əməkdaşlıqları genişləndirmək mədəniyyət attaşesinin öhdəlikləri içərisində yer alır.[3][4]

  1. "Küveyt Mədəniyyət Ofisi Kanada" (ingilis). 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  2. "Birləşmiş Ərəb Əmirlikləri Mədəniyyət Şöbəsi | Mədəniyyət şöbəsinin əlaqə məlumatı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  3. "Xaricdə Diplomat Kimi Özünü Verən Casusların Uzun Tarixi". Bloomberg.com (ingilis). 2018-03-26. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  4. Feuer, Alan. "Ölü casus, qızın sualları və C.I.A." The New York Times. 23 October 2007. 15 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2024.