Diplomatlar |
---|
Papa nümayəndəsi — Vatikanın diplomatını və ya xüsusi nümayəndəsini təmsil edən şəxs. Katolik Kilsəsi və Papa dövlət başçısı olaraq Vatikanın siyasi və dini rəhbəridir. Papa nümayəndələri, əsasən iki formada olur. Birincisi, Apostol nunsilər Vatikanın diplomatik nümayəndələridir və bir növ səfir funksiyasını yerinə yetirirlər. Onlar katolik Kilsəsinin lideri Papa tərəfindən göndərilir və adətən müəyyən bir ölkədə və ya beynəlxalq təşkilatda Papalıq təmsilçisi olurlar. İkincisi isə, Apostol delegatlar isə Papalıq tərəfindən təyin edilən, lakin dövlətə deyil, bir bölgənin Katolik kilsələrinə məsuliyyət daşıyan nümayəndələrdir. Diplomat statusunda olmurlar və daha çox kilsə məsələlərini tənzimləyirlər.[1] Papa nümayəndələri Katolik Kilsəsinin maraqlarını qorumaq, əlaqələri inkişaf etdirmək və Vatikandan gələn təlimatları çatdırmaqla məsuliyyət daşıyırlar.