Diplomatlar |
---|
Missiya rəhbərinin müavini — bir diplomatik missiyanın, məsələn, səfirlik və ya konsulluğun rəhbərinin müavinini və ya köməkçisini təmsil edən şəxs. Bu şəxs, rəhbərin olmadığı hallarda missiyanı idarə etmək və gündəlik diplomatik fəaliyyətlərə nəzarət etmək məsuliyyətini daşıyır. Diplomatik iyerarxiyada əhəmiyyətli vəzifələrdən biridir və missiyanın icra olunmasında əsas rol oynayır.[1]
Missiya rəhbərinin müavininin vəzifə və öhdəlikləri diplomatik missiyanın fəaliyyətlərinin effektiv və mütəşəkkil şəkildə icra olunmasını təmin etməkdən ibarətdir. Bu şəxs, adətən, missiyanın ikinci ən yüksək rütbəli diplomatı olur və missiya rəhbərinin - səfirin və ya baş konsulun əsas yardımçısıdır. Missiya rəhbərini əvəz etmək onun başlıca vəzifələrindən biridir. Belə ki, missiya rəhbərinin olmadığı vaxtlarda müvain onun bütün səlahiyyətlərini və funksiyalarını icra edir və qərarları qəbul edir. DCM missiyanın gündəlik işlərinin təşkil olunmasına və diplomatik heyətin fəaliyyətinə nəzarət edir. Bu, daxili və xarici siyasət məsələləri ilə bağlı işləri əlaqələndirməkdən, departamentlər arasındakı işləri bölüşdürməkdən ibarət ola bilər. Missiyanın rəhbərinin müavini digər ölkələrin nümayəndəlikləri, yerli hökumət rəsmiləri və beynəlxalq təşkilatlarla əlaqələri idarə edir və inkişaf etdirir. Kadr idarəçiliyi missiya rəhbərinin müavinin vəzifəlri sırasındadır. Diplomatik heyətin işinə nəzarət edir, personalın fəaliyyətini qiymətləndirir və onlarla bağlı qərarlar qəbul edir. Həmçinin, işçilərin təlimi və inkişafı ilə bağlı işlərə də cavabdeh ola bilər. Sadaladığım bu vəzifələr yüksək səviyyədə diplomatik bacarıq, idarəetmə təcrübəsi və strateji düşünmə qabiliyyəti tələb edir.