Məhəbbət Kazımov (d. 2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – ö. 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012).
Məhəbbət Kazımov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Möhübbət |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Azərbaycan SSR Laçın, Çorman |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1976 - 2014 |
Janrlar | muğam, estrada[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov[1] 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.
1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdü.
1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.[2]
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib[3]. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olmuşdur.