Çorman — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Çorman | |
---|---|
39°51′36″ şm. e. 46°26′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir[2].
El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir.[3]
Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[4], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[5], 1867-ci ildə Zəngəzur qəzasının[6] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[7].
Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[8]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[9]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş[10] və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır[11]. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[12]
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd sakinlərinin sayı 332 nəfər (85 ailə), 2015-ci ilin yanvar ayında aparılan siyahıyaalma zamanı isə kənd sakinlərinin sayı 345 nəfərdir (93 ailə).[13]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |