Məhəmməd Əmin Zəki[1] (kürd. Mihemed Emîn Zekî; 1880, Süleymaniyyə – 1948) — kürd yazıçısı, tarixçisi və siyasətçisi.
Məhəmməd Əmin Zəki | |
---|---|
ərəb. محمد أمين زكي | |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 1948 |
Təhsili |
|
Məhəmməd Əmin Zəki 1880-ci ildə Osmanlı imperiyasının Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyə Hərbi Məktəbi və Bağdad Hərbi Liseyində təhsil aldıqdan sonra 10 fevral 1902-ci ildə Osmanlı Hərbi Akademiyasından məzuz olaraq Osmanlı ordusuna qatılmışdır.[2] Məhəmməd Əmin Zəki 11 yanvar 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra Osmanlı ordusunda qərargah zabiti kimi xidmət etmişdir.[3] Məhəmməd Əmin Zəki Bağdad Hərb Tarixi kafedrasını tərk etmiş və 23 iyul 1923-cü ildə İraq Hərbi Akademiyasında mühazirələr oxumağa başlamışdır. O həmçinin, 1920-ci illərdə Britaniya mandatı altında İraq administrasiyasında çalışmış[4] və 1928-ci ildə müdafiə naziri təyin edilmişdir.[5] Onun kürd xalqı və dövlətlərinin tarixinə dair iki cildlik kitabı bu mövzuda məşhur əsərlərdən biridir olmuş, ingilis və ərəb dillərinə tərcümə edilmişdir.[6] Məhəmməd Əmin Zəki 1944-cü ilin dekabrından 1946-cı ilin iyununa qədər Deputatlar Palatasının sədri olmuşdur.[7] O, 1948-ci ilin iyulunda İraqın Süleymaniyyə şəhərində vəfat etmişdir.[8]