Məhəmməd Biriya

Məhəmməd Biriya və ya Məhəmməd Bağırzadə (tam adı Məhəmməd Hacı Qulam oğlu Biriya; 1914, Təbriz1985, Təbriz) — Azərbaycan Demokrat Firqəsinın maarif naziri.

Məhəmməd Biriya
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi 1985
Vəfat yeri
Fəaliyyəti şair, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Hacı Qulam oğlu Bağırzadə 1914-cü ildə Təbriz şəhərində anadan olub.[1] Atası dülgər olub.[2] 1920-ci ildə ailəsi ilə birlikdə əvvəlcə Təbrizdən Bakıya, bir il sonra isə Xorasana köçüblər.[3] İlk təhsilini Xorasanda alıb. Anası xəstələndikdən sonra həkimlər Xorasanın havasının ona zərərli olduğunu deyiblər.[2] Bundan sonra o, 1923-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.[3] 1929-cu ildə Bakıda yerləşən 37 saylı yediillik məktəbi bitirib və Neft Maşınqayırma Texnikumuna daxil olub.[2] Anası və əmisi vəfat etdikdən sonra ailəsi ilə birlikdə 1933-cü ilin yanvar ayında Təbrizə geri qayıdıb. Təbrizə geri qayıtdıqdan sonra bir müddət "Şahin" qəzetinin redaksiyasında korrektor kimi işləyib.[4] 1934-cü ildən 1938-cı ilə qədər Təbrizdə Bələdiyyə İdarəsində fəaliyyət göstərib.[2][4]

1938-ci ildə Təbrizdə yerləşən 27-ci alayın 3-cü diviziyasında hərbi xidmətə başlayıb.[4][5] Hərbi xidməti başa vurduqdan sonra əvvəlcə Təbriz şəhər şəhər idarəsinin su şöbəsində katib kimi 1941-ci ildən isə dəmiryolu idarəsində hesablayıcı kimi işləməyə başlayıb.[2][4]

1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olub.[6] 1941-ci il oktyabr ayının 11-dən etibarən Təbrizdə Vətən yolunda qəzeti nəşr olunmağa başlayıb.[7] Bu qəzetdə Məhəmməd Biriyanın şeir və məqalələri çap olunur.[8][9] "Rəhbər", "Zəfər", "Mərdom", "Dəmavənd", "Xavəre No" və "Azərbaycan" qəzetələrində də yazı və şeirlərlə çıxış edib.[5]

1941-ci ildə bir qrup cənubi azərbaycanlı ziyalı ilə birlikdə 15 günlük Bakıya dəvət olunub.[4][10] Burada yazdığı şeirlər "Kommunist" qəzetində çap olunub. 1942-ci ildə təqib olunduğu üçün yenidən Bakıya gəlib. 1943-cü ilin yanvar ayınadək burada yaşayıb və Azərbaycan Yazıçılar İttifaqında və Azərbaycan Radio Komitəsində fəaliyyət göstərib.[11][5] Təbrizə geri qayıtdıqdan sonra burada "Ədəbiyyat səhifəsi" adlı qəzetin nəşrinə başlayıb.[5] Qəzet 1945-ci ilə qədər fəaliyyət göstərib.[12]

Məhəmməd Biriya 1944-cü ilin ortalarında yenidən təşkil olunan Tudə partiyasının Təbriz şəhər komitəsinə seçilən 17 nəfərdən biri olub.[13][14] 1944-cü ildə Bakıda "Ürək sözü" adlı şeirlər kitabı 5 min tirajla çap olunub.[15][16]

1943-cü ildə Təbrizdə qurulmuş Azərbaycan Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilib.[10] 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifafı konqresində nümayəndə kimi iştirak edib.[10]

1945-ci il noyabrın 20-də "Şir-Xurşid" teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinin sədri seçilib.[17][14]

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Milli Məclisə seçilib və maarif naziri təyin olunub.[18][19] Bundan başqa yeni yaradılmış Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin də üzvü olub.[20]

məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb.


1946-cı il dekabrın 13-də ABŞBöyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[21] Bununla da Azərbaycan Milli Hökuməti süqut etdi.[22] Seyid Cəfər Pişəvəri Təbrizi tərk etdikdən sonra Məhəmməd Biriya Azərbaycan Demokrat Partiyasının I katibi seçildi.[23][24]

Milli hökumət dağıldıqdan sonra

[redaktə | mənbəni redaktə et]

1947-ci il martın 8-də Təbrizdə SSRİ konsulluğunun əməkdaşlarının köməyi ilə Bakıya gətirilib.[25] 1947-ci ildə Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu.[26] Komitəyə seçilən Məhəmməd Biriya burada təbliğat şöbəsinə müdir təyin olunur.[23]

1947-ci il dekabrın 27-də İrana getmək məqsədilə Bakıdakı İran konsulu Behnama müraciət edib.[27][28] Evə getdikdən sonra isə onun evinə AzSSR Daxili İşlər naziri general Teymur Yaqubov, Dövlət Təhlükəsizlik nazirinin müavini general Səlim Atakişiyev, polkovnik Məhəmməd Saveçallinski, Mərkəzi Komitənin katibi Həsən Həsənov, AzSSR baş nazirinin müavini, yazıçı Mirzə İbrahimov gəliblər.[27] Onlar Biriyadan İran konsulluğuna verdiyi ərizəni geri çəkməsini istəyiblər. O isə bununla razılaşmayıb.[27] Növbəti gün dekabrın 28-də həbs olunub.[29]

7 aydan çox davam edən istintaqdan sonra 1948-ci ilin avqust ayında o, Sovet hökuməti və İran Azərbaycanındakı demokratik quruluşa düşmənçilik münasibəti bəsləməkdə və Təbrizdə amerikalılarla, Bakıda isə İranın baş konsulu ilə casusluq əlaqəsinin olmasında təqsirləndirilib.[30] 1948-ci il noyabrın 27-də çıxan qərarla cəza müddətini 11 avqustdan hesablamaq şərtilə 10 il müddətinə islah əmək düşərgəsinə sürgün edilib.[31] Əvvəlcə SSRİ DİN-nin 4 nömrəli xüsusi düşərgəsində, 1954-cü il avqustun 13-dən isə Karaqanda şəhərində yerləşən 415 nömrəli islah əmək düşərgəsində cəzasını çəkib.[31] 1956-cı il avqustun 30-da Məhəmməd Biriyanın cinayət işinə yenidən baxılıb və "əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib".[32]

1956-cı ildə Bakıya geri qayıdıb. Bir müddət keçdikdən sonra hökümət əleyhinə təbliğat aparmaqda ittiham olunaraq yenidən həbs olunur və növbəti 10 il ərzində müxtəlif şəhərlərdə həbsdə olur. Həbs müddəti bitdikdən sonra yenidən Bakıya qayıdır. Təbrizdə qalan ailəsini görmək üçün viza almaq məqsədilə Moskvaya gedir. Burada da sovet milisini təhqir etməkdə ittiham olunaraq həbs olunur və 2 il Tambov vilayətində cəza çəkir.[33] Həbs müddəti bitdikdən sonra Bakıya qayıdan Məhəmməd Biriyaya təhlükəsizlik orqanları burada yaşamağa icazə vermirlər. Bundan sonra o, 3 illik Şamaxı şəhərinə sürgün edilir. Şamaxıdan qayıtdıqdan sonra Bakıdakı qəbiristanlıqlarda mollalıq edir.[33]




Sağlığında dörd kitabı çap olunub. Kitablardan biri Bakıda üçü isə Təbrizdə nəşr olunub.



Təbrizdə yerləşən Vadi rəhmət qəbiristanlığında dəfn olunub.

1997-ci ildə şairin həyat yolu ilə bağlı DTX arxivlərində saxlanan istintaq materialları əsasında "Hər addımda məzarım var" adlı kitab nəşr olunub.[34]



1985-ci il fevralın 19-da döyüşkən şair ziddiyətli ömrünü Təbrizdəki kimsəsizlər evində başa vurub.

Hətta 20 noyabr 1950-ci ildə həbsxana məhkəməsi yenidən 10 il, Luqovsk həbs düşərgəsində olduğu zaman isə, yəni 23 avqust 1951-ci ildə ciddi nəzarətdə saxlamaqla bir il həbs cəzasına məhkum edilib.

  1. Balayev, 2018. səh. 144
  2. 1 2 3 4 5 "KQB-nin arxivindən 50 ilin toz-torpağı altında gizlədilmiş sənədlər: Seyid Cəfər Pişəvərini kimlər öldürüb?". web.archive.org. Archived from the original on 2013-10-21. İstifadə tarixi: 2024-11-28.
  3. 1 2 Rüstəmli, 1997. səh. 29
  4. 1 2 3 4 5 Rüstəmli, 1997. səh. 30
  5. 1 2 3 4 Qəribli, 2014. səh. 183
  6. Həsənli, 2006. səh. 18
  7. Tahirqızı, Ülviyyə. "Təbrizdə Azərbaycan dilində çıxan ilk qəzet". www.anl.az. 2014-11-25. İstifadə tarixi: 2024-11-28.
  8. Məmmədli, Pərvanə. "Əsrlərə bərabər fəaliyyət". azerbaycan-ruznamesi.org. 2023-04-18. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
  9. Həsənli, 1998. səh. 117
  10. 1 2 3 Qəribli, 2014. səh. 184
  11. Rüstəmli, 1997. səh. 31
  12. Rüstəmli, 1997. səh. 65
  13. Həsənli, 2006. səh. 48
  14. 1 2 Çeşmazər, 1986. səh. 114
  15. Həsənli, 1998. səh. 163
  16. Qəribli, 2014. səh. 199
  17. Həsənli, 1998. səh. 269
  18. Həsənli, 2006. səh. 167
  19. Çeşmazər, 1986. səh. 65
  20. Çeşmazər, 1986. səh. 115
  21. McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  22. George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
  23. 1 2 Rüstəmli, 1997. səh. 66
  24. Məmmədov, Adıgözəl. Mircəfər Bağırov - Siyasi portret (PDF) (az.). Bakı: Zərdabi Nəşr. 2021. 232.
  25. Rüstəmli, 1997. səh. 63
  26. Qəribli, 2014. səh. 185
  27. 1 2 3 Zeynallı, Cavid. "Təbrizli mürdəşir və ya Məhəmməd Biriya faciəsi". 525-ci qəzet. 2018-08-20. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
  28. Rüstəmli, 1997. səh. 36
  29. Rüstəmli, 1997. səh. 64
  30. Rüstəmli, 1997. səh. 40
  31. 1 2 Rüstəmli, 1997. səh. 60
  32. Rüstəmli, 1997. səh. 70
  33. 1 2 Qəribli, 2014. səh. 186
  34. Turalı, Qan. "NKVD agenti olan məşhur şairimizin fəci həyatının - Gizlinləri". Teleqraf.com (az.). 2018-02-20. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]