Məhəmməd Hatta

Məhəmməd Hatta (12 avqust 1902[1][2][…], Bukittinqqi[d], Niderland Ost-Hindi[3]14 mart 1980[1][2][…], Cakarta) İndoneziyanın ilk vitse-prezidenti, sonra isə ölkənin baş naziri vəzifəsində işləyib. İndoneziyanın ilk prezidenti Sukarno da daxil olmaqla İndoneziyanın müstəqilliyi üçün Hollandiyadan qarşı mübarizə aparmışdır. Hatta Qərbi Sumatra, Niderland Ost-Hindində (İndoneziya) anadan olmuşdur. İlk təhsilinden sonra Niderland Ost-Hindinin holland məktəblərində və sonra 1921-ci ildən 1932-ci ilə qədər isə Hollandiyada təhsil alıb.

Məhəmməd Hatta
Mohammad Hatta
29 yanvar 1948 – 20 dekabr 1949
ƏvvəlkiƏmir Şərifəddin
SonrakıSusanto Tirtoprodjo (müvəqqəti)
Mohammad Natsir
bayraq
İndoneziya Respublikasının 4-cü Müdafiə naziri
bayraq2
29 yanvar 1948 – 4 avqust 1949
ƏvvəlkiƏmir Şərifəddin
SonrakıHamenqkubuvono IX
bayraq
İndoneziya Respublikasının 4-cü Xarici İşlər naziri
bayraq2
20 dekabr 1949 – 6 sentyabr 1950
ƏvvəlkiAqus Səlim
SonrakıMəhəmməd Roem
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Niderland Bukittinqqi, Qərbi Sumatra, Niderland Ost-Hindi
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri İndoneziya Cakarta, İndoneziya
Partiya İndoneziya Milli Partiyası
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Rahmi Rahim
Uşaqları Meutia Hatta
Qemala Hatta
Xalidə Hatta
Dini İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hatta 12 Avqust 1902-ci ildə Fort De Kokda (indi Bukittinggi kimi tanınır) məşhur və güclü İslam ailəsində dünyaya gəldi. Onun babasına Payakumbuh yaxınlığındakı Batuhampar şəhərində uləma kimi hörmət edilirdi. Atası Hacı Məhəmməd Cəmil o səkkiz aylıq olarkən vəfat etdi və altı bacısı və anası ilə birlikdə yaşadı. Minhanqkabau ənənəsinin matriarxaizm cəmiyyətində olduğu kimi anasının ailəsində böyüdü. Anasının ailəsi zəngin idi və Hatta məktəbdə Quranı bitirməklə yanaşı hollandca da öyrəndi.[4]

1913-1916-cı illərdə Bukittinqqidə Sekolah Melayu ('Malay Məktəbi') bitirdikdən sonra Padanq şəhərində holland dili ibtidai məktəbi (ELS və ya Europeesche Lagere Məktəbi) bitirdi. On üç yaşındaykən Bataviada (indiki Cakarta) holland orta məktəbinə (HBS və ya Hogere burgerschool) qeydiyyatdan keçmək üçün imtahan verdi. Lakin anası Padanqada qalmağı istədi, çünki o, hələ də təkcə paytaxta getmək üçün çox gənc idi. Hatta daha sonra kiçik orta məktəbə və ya MULOya (Meer Uitgebreid Lager Onderwijs) daxil oldu.

Boş vaxtları ərzində poçt şöbəsində part-time işləmişdir. Normalda MULO tələbələri işləməyə icazə verilmirdi, lakin HBS imtahanının ixtisasına görə orada işləyə bildi. Hatta futbolla maraqlanırdı. Məktəbdəki futbol komandasına qatıldı və başçılıq etdi. O mövqeyindən istifadə edərək əlaqə sahəsini genişləndirdi.

Hatta Taher Marah Soetan başçılıq etdiyi Sərrik Usaha (Birlik Cihadı) ofisi ziyarət etdi. O ofisdə holland qəzetləri oxuyur, xüsusilə Niderland Ost-Hindindəki Volksraad (parlament) içərisində siyasi müzakirələr apardı. Xatta on altı yaşında siyasi və milli hərəkatlarla maraqlanırdı. 1918-ci ildə Padanq şəhərində yaradılan Jong Sumatranen Bond (və ya Sumatra gənclər birliyi) filialının xəzinədarı seçildi.[4]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Mohammad Hatta // Encyclopædia Britannica (ing.).
  3. Хатта Мохаммад // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Kahin, 1980. səh. 113