Məhəmməd Mehdiyev

Mehdiyev Məhəmməd Fərman oğlu (2 oktyabr 1941, Təzəkənd, Laçın rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.[1]

Məhəmməd Mehdiyev
Məhəmməd Fərman oğlu Mehdiyev
Doğum tarixi (83 yaş)
Doğum yeri Təzəkənd, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Məhəmməd Mehdiyev 2 oktyabr 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur.

1951-ci ildə Laçın rayonunun Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olmuşdur.1961-ci ildə orta məktəbi bitirmişdir.

1966-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına göndərilmişdir.

1975-ci ildə Rostov Dövlət Universitetinin elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.

1989-cu ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

1994-cü ildə professor elmi adını almışdır.

Bakı Dövlət Universitetinin "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri, "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanıdır.

1970-ci ilin yanvarında təyinatla Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
1976-cə ildə baş elmi işçi vəzifəsinə seçilmişdir.
1978-ci ilin sentyabrında "Nazik divarlı konstruksiyalar" şöbəsinə rəhbər təyin edilmişdir.
1985–1991-ci illərdə Riyaziyyat və Mexanika institutunnun XKB direktorunun elmi işlər üzrə müavini işləmişdir.
1991–2002-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasinda professor vəzifəsində işləmişdir.
1981–1985-ci illərdə "Örtük və lövhələrin statistikası, rəqsi, dayanıqlığı" ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
13 elmlər namizədi, 1 elmlər doktoru onun rəhbərliyi altında hazırlanmışdır.
Hazırda 6 aspirant və dissertanta rəhbərlik edir və iki tələbəsi doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Xaricdə və respublikada 80 əsərin, eyni zamanda, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının qapalı mətbuatında çap olunmuş bir çox əsərlərin müəllifidir.
Bakı Dövlət Universitetinin Böyuk Elmi Şurasının üzvüdür.
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən № 02.016 dissertasiya şurasının sədridir.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına mexanika ixtisası üzrə müxbir üzv seçilmişdir.
2002-ci ildə "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
2008-ci ildə "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanı seçilmişdir.
30 oktyabr 2009-cu ildə Azərbaycan Prezidentinin sərancamı ilə Əməktar Elm Xadimi adı verilib.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Об условиях оптимальности в задаче оптимального управления для гиперболических систем с не локальными условиями. Доклад НАН Азербайджана, Баку, 2005.
  2. Construction of homogeneous solution of a non-axially simetric tension problem of elasticity thery for transversally isotropic plates of variable thickness. Trans. Of NASA, series of phys.-tech. And math. Seienees, Baku, "Elm", 2006.
  3. Построение однородных решений неосесимметричной задачи изгиба теории упругости для трансверсальноизотропной плиты переменной толщины. "Вестник Бакинского Университета", 2006.
  4. Асимптотический анализ некоторых пространственных задач теории упругости для полых тел. Монография. "Элм", Баку, 2008.
  5. Построение однородных решений для трансверсальноизотропного полого цилиндра при смешанных граничных условиях на боковой поверхности. "Вестник Бакинского Университета", 2008.
  6. Монография "Метод однородных решений в анизотропной теории оболочек".
  • 1. Ədədi üsullar. Ali məktəblər üçün dərslik. Bakı,2008. 2. Proqramlaşdırma texnologiyalarında hesablama üsullari. dərs vəsaiti. "Zərdabi LTD" MMS Nəşriyyat Poliqrafiya müəssisəsi, Bakı, 2015,240 s.
  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.