Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri[1]. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu[1][2].
Məhəmməd bin Sani Al Samir | |
---|---|
ərəb. محمد بن ثاني | |
1847 – 1876 | |
Əvvəlki | Sani bin Məhəmməd |
Sonrakı | Casim bin Məhəmməd Al Sani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füveyrit, Qətər |
Vəfat tarixi | |
Vəfat yeri | Doha, Qətər |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Sani bin Məhəmməd |
Həyat yoldaşı | Nura Al Kuvari |
Uşaqları |
Casim bin Məhəmməd Al Sani Əhməd bin Məhəmməd Al Sani Fahad bin Məhəmməd Al Sani Eyd bin Məhəmməd Al Sani Samir bin Məhəmməd Al Sani Jabor bin Məhəmməd Al Sani |
Ailəsi | Al Sani sülaləsi |
Dini | Sünni İslam |
Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub[2]. Onun digər qardaşıları bunlardır:
Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi[3]. 1851-ci ildə Səudiyyə Ərəbistanının ikinci əmiri Feysəl bin Türki ilə ittifaqa girərək hakimiyyətini mövqeyini birazda möhkənləndirdi[2].
Onun atası 1860-cı ildə vəfat edir. 1860-cı illərə qədər Şeyx Məhəmməd Fars körfəzi ölkələrinin ən mühüm dövlət məmuru kimi formalaşdı. O, 1876-cı ilə qədər hakimiyyətdə qaldı. Ölümündən sonra yerinə vəliəhdi Şeyx Casim bin Məhəmməd Al Sani keçdi[2].
Şeyx Məhəmməd bin Saninin altı oğlan və ikisi oğlan olmaqla 8 övladı vardı.