Bu məqaləni vikiləşdirmək lazımdır. |
Al Sani sülaləsi — 1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə.
Al Sani sülaləsi | |
---|---|
Ölkə | |
Banisi | Sani bin Məhəmməd |
Sonuncu hökmdar | Təmim bin Həməd Al Sani |
Hazırkı rəhbər | Təmim bin Həməd Al Sani |
Əsası qoyulub | 1825 |
Titullar | |
Hakim Əmir |
|
Vikianbarda əlaqəli mediafayllar |
Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdur[1]. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb[2]. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.
Məhəmməd bin Saninin oğlu və vəliəhdi Casim bin Məhəmməd (1878–1913) ingilislərə əks siyasət yeridir. Ondan sonra hakimiyyətə gələn Abdullah bin Casim (1913–1949) dövründə ingilislər Qətərə muxtariyyət verməyə razılaşır. Ancaq, kəşfiyyat və neft hasitalı ingilislərin əlində qalırdı. Əli bin Abdullah Al Sani (1949–1960)öz israfçılığı ilə məşhur idi. 1960-cı ilin oktyabr ayında sülalədaxili ziddiyyətlər nəticəsində Əli bin Abdullah oğlu Əhmədin xeyrinə taxt-tacdan imtina edir. Yeni şeyx Əhməd bin Əli (1960–1972) demək olar ki, ölkədə tapılmırdı. O, daima qumarxanalarla məşhur olan Livana və Monte-Karloya gedirdi. Dövlətin faktiki rəhbəri şeyxin varisi şahzadə Xəlifə bin Həməd Al Sani idi. Şahzadə Xəlifə bin Həməd maliyyə, məhkəmə icraatı, dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatları uğurla həyata keçirdir. 1971-ci il konstitusiyasına əsasən ölkə müstəqil Qətər əmirliyi elan edilir.