Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən)[1].
Mehmet Cahid Turxan | |
---|---|
türk. Mehmet Cahit Turhan | |
9 iyul 2018 – davam edir | |
Əvvəlki | Ahmet Arslan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 aprel 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | mühəndis, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir[1].
1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur[2].
1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir.
Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır[1].
2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir[1].
2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır[1].
O, 9 iyul 2018-ci il tarixində Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri təyin olunmuşdur[1].